MÜBARƏK RAMAZAN AYININ 10-CU GÜNÜ

:

10 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 246-cı günüdür.

 10 Besət: Həzrət Muhəmmədin (s) həyat yoldaşı Həzrət Xədicənin (s) vəfatı.

  Ramazan ayının onuncu gününün xüsusi əməlləri və duaları
Namaz
  • İyirmi rükət namaz qılınmalıdır.(iki rəkət-iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra otuz dəfə Tövhid surəsi oxunmalıdır.
Günün duası

اَللّهُمَّ اجْعَلْنِی فِیهِ مِنَ الْمُتَوَکلِینَ عَلَیک وَ اجْعَلْنِی فِیهِ مِنَ الْفَائِزِینَ لَدَیک وَ اجْعَلْنِی فِیهِ مِنَ الْمُقَرَّبِینَ إِلَیک
بِإِحْسَانِک یا غَایةَ الطَّالِبِینَ

Oxunuşu: Əllahumməc`əlni fihi minəl mutəvvəkkilinə ələyk, vəc`əlni fihi minəl faizinə lədəyk, vəc`əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin.

Tərcüməsi: İlahi, Öz ehsanınla bu gün məni Sənə təvəkkül edənlərdən və Öz dərgahında məni səadətə yetənlərdən qərar ver, məni yaxın bəndələrindən təyin et, ey istəyənlərin son hədəfi!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.1


1. https://lib.eshia.ir/71423/1/274 İqbalul-əmal, cild 1, s.274

Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə

Tags: DUA, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!