MÜBARƏK RAMAZAN AYININ 15-Cİ GÜNÜ

:

15 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 251-ci günüdür.

 H.q 3: Şiələrin ikinci imamı İmam Həsən Müctəbanın (ə) mövludu mövludu.

  • H.q 3: İslam peyğəmbərinin (s) Xüzeymənin qızı Zeynəblə evliliyi.
  • H.q 60: İmam Hüseynin (ə) səfiri Müslim ibn Əqilin Kufəyə tərəf hərəkət etməsi.
  • H.q 145: Bəni-Abbas əleyhinə ilk qiyam ədən ələvi Nəfsi Zəkiyyə ləqəbi ilə məşhur olan Məhəmməd ibn Abdullah ibn Həsənin şəhadəti.
  • H.q 195: İmam Cavadın (ə) mövludu. (başqa bir rəvayətə əsasən)
  • H.q 385: İstibsar, Təhzib kitablarının müəllifi və şiə fəqihi Şeyx Tusinin təvəllüdü.
  • H.q 1070: "Əl-Hədaiqun-Nazirə" kitabının müəllifi, şiə əxbarisi və fəqih Mühəqqiq Bəhraninin təvəllüdü.
  • H.q 1075: Mühəddis və şiə hədisşünası Süleyman ibn Abdullah Mahuzinin təvəllüdü.
  Ramazan ayının on beşinci gününün xüsusi əməlləri və duaları
15-ci gecənin əməlləri
Günün namazı
  • Dörd rükət namaz qılınmalıdır.(iki rəkət- iki rəkət) Birinci iki rükətdə Həmd surəsindən sonra yüz dəfə Tövhid surəsi oxunmalıdır. Qalan rükətlərdə isə Həmd surəsindən sonra əlli dəfə Tövhid surəsi oxunmalıdır.
Günün duası
اَللّهُمَّ ارْزُقْنِی فِیهِ طَاعَةَ الْخَاشِعِینَ وَ اشْرَحْ فِیهِ صَدْرِی بِإِنَابَةِ الْمُخْبِتِینَ بِأَمَانِک یا أَمَانَ الْخَائِفِینَ

Duanın oxunuşu:

Əllahummərzuqni fihi taətəl xaşiin, vəşrəh fihi sadri bi-inabətil muxbitin, bi-əmanikə ya əmanəl xaifin.

Duanın tərcüməsi:

İlahi, Öz amanınla bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et və Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir, ey qorxanlara aman verən!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.1

  1. https://lib.eshia.ir/71423/1/293

Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə

Tags: DUA, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!