NƏHC-ül-BƏLAĞƏ - 19-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Əşəs ibn Qeysə söylədiyi kəlamlarındandır.
Həzrət Əli (ə) Kufə şəhərində minbərdə xütbə oxuyarkən, xütbə əsasında dediyi bəzi sözlərə Əşəs etiraz etdi1 və dedi: «Bu söz sənin zərərinə tamamlandı və lehinə olmadı».

Həzrət (ə) ona sərt bir nəzər salaraq buyurdu: «Hansı bir şey səni nəyin bizim zərərimizə, nəyin xeyrimizə olduğundan agah etdi? Allahın lənəti (Onun rəhmətinin uzaqlığı) və lənət edənlərin lənəti, qarğışı sənə olsun, ey, toxucu oğlu toxucu (yəni təkəbbür edənin oğlu)! Ey kafirin oğlu münafiq!2 Allaha and olsun, bir dəfə küfr zamanı, bir dəfə də İslamın zamanında əsir oldun. Bu iki əsirliyin heç birində nə var-dövlətin, nə əsil-nəcabətin və nə də böyüklüyün səni xilas edə bildi.3 Öz qövmünü qılınca (ölümə) yönəldən, onları ölümə tərəf qovan kişi yaxınlarının onu düşmən bilmələrinə, yadların isə ona etimad etməmələrinə layiqdir.
(Seyid Rəzi): Deyirəm: O Həzrətn məqsədi budur ki, Əşəs bir dəfə kafir olarkən əsir olmuşdur, bir dəfə də İslama gəldikdən sonra əsir olmuşdur. Amma Əşəsi məzəmmət edərkən qılıncı öz qövmünə yönəldən şəxs dedikdə o Həzrət Yəmamədə Əşəs ilə Xalid ibn Vəlidin hadisəsini nəzərdə tutur. Əşəs o şəhərdə öz qövmünü aldatdı, hiylə işlətdi və Xalid onların hakimiyyətini ələ keçirdi. Bu hadisədən sonra onu «عُرْفُ النّار», yəni, alovun ucalığının nişanəsi adlandırdılar. Onların arasında məkr və hiylə işlədən bu adla çağırılırdı. (yəni, məkr edən öz alovunun nişanəsidir, ona yaxınlaşan oda düşər).

وَ مِنْ كَلامٍ لهُ عليه السلام

 قاله للأَشعث بن قيس و هو على منبر الكوفة يخطب، فمضى في بعض كلامه شيء اعترضه الأشعث فيه، فقال: يا أميرالمؤمنين هذه عليك لالك فخفض عليه السلام إليه بصره، ثم قال: مَا يُدْرِيكَ مَا عَلَيَّ مِمَّا لِي، عَلَيكَ لَعْنَةُ اللَّهِ وَ لَعْنَةُ اللاَّعِنِينَ! حَائِكٌ ابْنُ حَائِكٍ مُنَافِقٌ ابْنُ كافِرٍ وَ اللَّهِ لَقَدْ أَسَرَكَ الْكُفْرُ مَرَّةً وَ اْلاِسْلامُ أُخْرَى. فَمَا فَدَاكَ مِنْ وَاحِدَةٍ مِنْهُمَا مَالُكَ وَ لاَ حَسَبُكَ، وَ إِنَّ امرَءً ادَلَّ عَلَى قَوْمِهِ السَّيْفَ، وَ سَاقَ إِلَيْهِمُ الْحَتْفَ لَحَرِىٌ أَنْ يَمْقُتَهُ الْأَقْرَبُ، وَ لاَ يَأْمَنَهُ الأَبْعَدُ

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

20-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. O böyük şəxsiyyət nitqində Müaviyə ilə müharibədə iki hakimdən danışırdı və bu zaman Həzrətin səhabələrindən biri ayağa qalxaraq dedi: «Bizi iki hakimi qəbul etməkdən çəkindirib sonra ona icazə verdin. Bilmirik, bunlardan hansı biri daha yaxşıdır». Sonra Həzrət Əmir əlini əlinə vuraraq buyurdu: هَذَا جزآءُ مَنْ تَرَكَ الْعُقَدَةَ «Bu heyrət və sərgərdanlıq öz işlərində düşüncə və ehtiyatı əldən verərək məni iki hakimin dediklərini qəbul etməyə məcbur etdirən sizlərin cəzanızdır». Əşəs, həzrət Əlinin (ə)  məqsədini başa düşməyərək onun «bu məsləhətdən uzaq qalaraq, ehtiyatı əldən verdiyimə görə mənim cəzamdır» deyə buyurduğunu güman etdi.
2. Həzrət Əli (ə) Əşəsi etiraz etdiyinə görə deyil, onun sahabələri arasında olmasına baxmayaraq, nifaqdan əl çəkməməsinə, həmişə ikiüzlülük etdiyinə görə lənətləmişdi. «Münafiq şəxs lənətə layiqdir» Allah-taalanın Qurani-Kərimini Bəqərə surəsinin 159-cu ayəsində buyurduğu kimi: إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ  - yəni, “Kitabda camaat üçün bəyan etdiyimizdən əlavə, göndərdiyimiz aydın və yolgöstərən nişanələri gizlədənləri Allah və bütün lənət edənlər lənətləyirlər.
Bəzi tarixçilərin əsərlərində Əşəs və atasının Yəmən parçası toxuduqları göstərilir. Uzun müddət fasiləsiz parça toxumaq əqli çatışmazlığa və səfehliyə gətirib çıxartdığından Həzrət onu bu adla məzəmmət etmişdir. Bəzi kitablarda isə qeyd olunur ki, o, Kində qəbiləsinin böyüklərindən idi. Yol gedərkən lovğalığından çiyinlərini atardı. Belə hərəkətə isə ərəb dilində «حِياكَة» deyirlər Həzrət də buna görə onu məzəmmət edir. Hər halda nitqinin bu hissəsində Əşəsin əqli çatışmazlığını məzəmmət etmişdir.
3. O, küfr zamanı Murad qəbiləsi tərəfindən öldürülmüş atasının qanını almaq üçün etdiyi müharibədə məğlub olaraq əsir götürülmüşdü. Nəhayət, üç min dəvə fidyə verərək əsirlikdən azad oldu. Ondan sonra yetmiş kişi ilə Həzrət Peyğəmbərin qulluğuna müşərrəf olaraq İslam dinini qəbul etmişdir. İslam dövründə əsir olmağının səbəbi isə budur ki, Həzrət Peyğəmbərin vəfatından sonra mürtəd oldu. O vaxt Həzərmoutda yaşayırdı. Həmin məntəqənin əhalisinin zəkat verməsinə mane oldu və Əbu Bəkrə beyət etmədi, sonra Əbu Bəkr Ziyad ibn Lubəydi bir dəstə ilə onunla döyüşə göndərdi. Əşəs qalaların birində mühasirəyə düşənə qədər onlarla vuruşdu. Ziyad isə onunla sərt davrandı. Onun və ona tabe olanların suyunu kəsdi. Sonra Əşəs özü və on nəfər qohumu üçün pənah istədi ki, barələrində hökm çıxartmaq üçün onu Əbu Bəkrin yanına aparsınlar. Pənah aldıqdan sonra Ziyad qoşunlarını qalaya buraxdı, onlar qalaya daxil olan kimi oradakıları öldürməyə başladılar. Onlar dedilər: «Siz bizə pənah vermisiniz». Ziyad dedi: «Əşəs özü və on nəfərdən başqa heç kəs üçün pənah istəməyib» Beləliklə də, onları öldürdülər. Ziyad Əşəsi və on nəfəri əsir götürüb Əbu Bəkrin yanına göndərdi. Əbu Bəkr onu bağışladı və Əbu Quhafənin qızı, öz bacısı Ümmü Fərvəni ona ərə verdi. Ondan üç övladı oldu: Məhəmməd, İshaq və İsmayıl. Məhəmməd ibn Əşəs həmin şəxsdir ki, sonralar Kərbəlada Seyyidüş-şühədanın qanının tökülməsində iştirak etdi. Xülasə, Əşəs ağılsızlığı üzündən öz qövmünü ölümə verdiyi üçün İmam (ə) bunları buyurdu.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!