HƏZRƏT ZƏHRA (Ə)-IN TƏSBİHATININ SAVABLARI

:

1-Bu, təkidli müstəhəbbi əməllərdən biridir.
2-Şiə imamlarının və din alimlərinin nəzərində xüsusi əhəmiyyətə malikdir.
3-Onun qısa və sadə olmasına baxmayaraq, çoxlu savabı və xeyir-bərəkəti vardır. Belə ki, Həzrət Peyğəmbəri-Əkrəm (s) onu qızı xanım Zəhra (ə)-a öyrədib buyurdu: “Sənə dünya və onun içindəkilərdən yaxşı olan bir şey əta edəcəyəm.” (Sonra bu zikri ona əta etdi.)

4-İmam Baqir (ə) buyurmuşdur: “Allaha həmd-səna etmək baxımından, həzrət Zəhra (ə)-ın təsbihindən üstün və fəzilətli bir ibadət yoxdur. Əgər ondan fəzilətli bir əməl olsaydı, həzrət Mühəmməd (s) onu Fatimeyi-Zəhra (ə)-a öyrədərdi.”
5-Namazdan sonra ən fəzilətli əməl həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihidir.
6-Yaxşı olar ki, vacibi namazlardan sonra, yatanda və Allah yanında yüksək məqama malik olan şəxslərin qəbrini ziyarət edəndə onun zikrinə müdavimət edilsin.
7-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs vacibi namazdan sonra Fatimə (ə)-ın təsbihatını desə, sağ ayağını sol ayağının üstündən götürməzdən öncə, onun bütün günahları bağışlanar. Bu təsbih “Əllahu-əkbər”lə başlanır.”
8-İmam Sadiq (ə) buyurmuşdur: “Mənim üçün hər gün vacibi namazlardan sonra həzrət Zəhra (ə)-ın təsbihatını demək, gündə qılınan min rükət (müstəhəbbi) namazdan sevimlidir.”
9-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihini demək Allahın razılığına səbəb olur.
10-Əməl tərəzisində insanın yaxşı əməllərinin ağır gəlməsinə sbəbəb olur. Bu barədə imam Sadiq (ə) Əmirəl-möminin Əli (ə)-ın belə buyurduğunu nəql etmişdir: “Sübhanəllah” demək əməl tərəzisinin yarısını, “Əl-həmdu lillah” demək tərəzinin hamısını, “Əllahu-əkbər” demək isə yerlə göyün arasını doldurur.”
11-Allahın razılığına səbəb olur. Belə ki, imam Baqir (ə) buyurmuşdur: “Hər kəs həzrət Zəhra (ə)-ın təsbihatını dedikdən sonra tövbə etsə, Allahın məğfirətinə şamil olar.”
12-İnsanı behiştə aparar. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs həzrət Fatimə (ə)-ın təsbihatını vacibi namazda (salamı dedikdən sonra) ayaqlarını bir-birinin üstündən götürməmişdən öncə desə, Allah-taala behişti ona vacib edər.”
13-Xanım Zəhra (ə) onu həmişə oxuduğuna görə o həzrətin təsbihi adı ilə məşhurlaşdı. O, məsum imamların yanında yüksək əhəmiyyətə malik idi.
14-İmam Sadiq (ə) buyurmuşdur: “Namazdan sonra Fatimə (ə)-ın təsbihini “Əllahu-əkbər” deməklə başlayıb, onu otuz dörd dəfə deyin. Sonra otuz üç dəfə “Əl-həmdu lillah” və otuz üç dəfə də “Sübhanəllah” deyin. Lakin yatanda və (möminlərin qəbrini) ziyarət edəndə əvvəlcə “Əllahu-əkbər”, sonra “Sübhanəllah” və daha sonra isə “Əl-həmdu lillah” deyin.”
15-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs vacibi namazdan sonra Allahı yad etməyi həzrət Fatimə (ə)-ın təsbihini deməklə başlayıb, “La ilahə illəllah” desə, Allah-taalanın məğfirətinə şamil olar.”
16-İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatının neçə dəfə dediyini şəkk etsən, yenidən de.”
17-İbadətin, xüsusilə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını ən yaxşı şərti diqqətli olmaqdır.
18-Onun digər şərtlərindən biri də, onu namazdan dərhal sonra yerinə yetirməkdir.
19-Həmçinin onun başqa bir şərti də ardıcıllıqla, sözlərin arasında heç bir fasilə vermədən və (Mühəmməd və Ali-Mühəmmədə salavat göndərmək müstəsna olmaqla) başqa bir söz danışmadan yerinə yetirməkdir.
20-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatının çoxlu faydaları vardır, o cümlədən: İnsanı bədbəxtlikdən xilas edir.
21-İmam Sadiq (ə) buyurmuşdur: “Ey Əba Harun! Biz öz övladlarımıza namaz qılmağı əmr etdiyimiz kimi, həzrət Fatimə (ə)-ın təsbihatını deməyi də əmr edirik. Sən də onu heç vaxt yaddan çıxarma; çünki bu zikri həmişə deyən şəxs heç vaxt bədbəxtliyə düşməz.”
22-Şeytanın insandan uzaqlaşmasına səbəb olan əməllərdən biri də həmişə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını deməkdir.
23-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs öz yatağında uzandığı halda həzrət Fatimə (ə)-ın təsbihatını desə, Allah-taala onun əməl dəftərində həmin gecəni ibadətlə başa vurma savabını yazar.”
24-Rəvayətlərə və tarixi şahidlərə əsasən, həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatı bəzi xəstəliklərə, o cümlədən qulaq ağrısına dərmandır.
25-İmam Sadiq (ə)-dan nəql olunan rəvayətə əsasən, həzrət Zəhra (ə)-ın təsbihatı “Allahı çox yad edin!” – ayəsinin xarici nümunələrindən biridir.
26-Hər kəs Allahı çox yad etsə, Allah-taala onu iki şeydən uzaq edər: 1-Cəhənnəm odundan. 2-Nifaq (münafiqlik) sifətindən.
27-Bu təsbihi zikr etməyin üç məxsus vaxtı vardır: 1-Hər bir namazdan sonra. 2-Yatan vaxtı. 3-Allah yanında yüksək məqama malik olan şəxslərin qəbrini ziyarət edən zaman.
28-İmam Baqir (ə) buyurmuşdur: “Yatmazdan öncə həzrət Zəhra (ə)-ın təsbihatını deyin, ondan sonra “Fələq” və “Nas” surələrini, eləcə də “Ayətəl-kürsü”nü oxuyun.”
29-Əgər bir kəs təsbih edərkən sayında şəkk etsə, məhəllindən keçməyibsə, niyyətini aza qoymalıdır. Əgər səhv edərək təkbirlərin və sairənin sayını artırsa, artıq deməməli və niyyətini otuz dörd, yaxud otuz üçə qoymalıdır. Bu kimi hallarda yaxşı olar ki, təsbihdə (Sübhanəllah) yox, təkbir (Allahu-əkbər) və təmhiddə (Əl-həmdu lillah) niyyəti buna qoysun ki, bir dənə az demişdir. Sonra birini əlavə etməklə sayı təkmil etsin.
30-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını hər bir namazdan sonra, o cümlədən həzrət Peyğəmbər (s)-ə qılınan ziyarət namazından, “istiğasə” namazından, “Cəmkəran” məscidində imam Zaman (ə)-a qılınan namazdan və Əmirəl-möminin Əli (ə)-a qılınan ziyarət namazından sonra da deyilir.
31-İmam Sadiq (ə) həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını deyəndə, həmişə öz mübarək barmaqları ilə yavaş-yavaş sayırdı.
32-İmam Sadiq (ə) buyurmuşdur: “İmam Hüseyn (ə)-ın türbətindən düzəlmiş təsbehlə zikr etmək, yaxud tövbə etmək (və onu təsbihlə saymaq) digər torpaqdan, yaxud daşdan düzəlmiş təsbehlə deyilən yetmiş zikrə, yaxud tövbəyə bərabərdir.”
33-İmam Kazim (ə) buyurmuşdur: “Möminin beş şeyi olmalıdır: Misvakı, darağı, (üzərində namaz qılınan) Səccadəsi, otuz dörd dənəli təsbehi və əqiq üzüyü.”
34-Bu təsbihi demək zahirdə asandır, lakin onu diqqətlə dedikdə, çoxlu çətinliklər aradan qaldırılar.
35-İmam Baqir (ə) buyurmuşdur: “Bu təsbih yüz zikrdən ibarətdir, lakin (qiyamət günündə) əməllər ölçüləndə ona min savab verilər, Şeytanı insandan uzaq edər və Allahın razılığına səbəb olar

Kitabın adı: 40 mövzu 40 həqiqət
Hazırladı: Rəsul Mahmudzadə

Tags: HƏZRƏT ZƏHRA (s), DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!