"SƏHİFEYİ-SƏCCADİYYƏ"-44-CÜ DUA

:

RAMAZAN AYININ GƏLİŞİ ZAMANI İMAMIN (ə) ETDİYİ DUA
 Bizi Öz həmdinə yönəldən və Ona həmd etməyə layiq görən Allaha həmd olsun! Ta ki, onun nematlarina sükür edənlərdən olaq və buna (şükrümüzə) görə bizi xeyirxah işlər görənlərə verdiyi savablarla mükafatlandırsın!

Bizə öz dinini bəxş edən, İslama daxil edən və bizi ehsan yollarına yönəldən Allaha həmd olsun! Ta ki, Onun fəzl va lütfü sayəsində Onun rizvanına doğru irəliləyək. Elə bir həmd ki, onu bizdən qəbul etsin və onunla bizdən razı qalsın.
Aylar içərisində ramazan ayını Özü üçün seçən Allaha həmd olsun! Bu ay, oruc, İslam, paklıq, imtahan (sinaq)və qiyam ayıdır.
O, insanları hidayət edən, doğruluğu bəyan edən (işıqlandıran) və haqqı batildən ayıran Quranı həmin ayda nazil etdi. Bu baxımdan böyük hörmət və aşkar fəzilətlərinə görə bu ayı digər aylardan üstün etdi. Digər zamanlarda halal olanları bu ayda haram etdi və Onun hörməti xatirinə yeməyi və içməyi qadağan etdi. Onun üçün müəyyən vaxt təyin etdi və əziz və cəlil (uca və əzəmətli) olan Allah həmin vaxtın uzanmasına və ya gecikməsinə izin vermir. Sonra isə onun müəyyən bir gecəsini min aydan üstün və fəzilətli etdi və onu «Qədr gecəsi» adlandırdı. O bərəkətli gecədə ruh və mələklər Rəbbin buyruğu ilə hər bir əmr (iş) üçün nazil olurlar. O gecədə sübh açılana qədər əmin-amanlıq hökm sürər və bu əmin-amanlıq müqəddarata görə Allahın əziz bəndələrinə şamil olar.
 İlahi! Məhəmməd və onun Əhli-beytinə salavat göndər və bu ayın üstünlüyünü, hörmətini saxlamağı o ayda haramdan çəkinməyi bizə ilham et. Bu ayda oruc tutmaqla əzalarımızı günahlardan qorumaq və onlarla Sənin razı qaldığın işləri yerinə yetirməkdə bizə kömək et ki, qulaqlarımız boş sözlər eşitməsin, gözlərimizlə harama baxmayaq, əllərimizi harama doğru uzatmayaq, harama doğru addım atmayaq, qarnımızı halaldan başqa heç nə ilə doldurmayaq, dilimiz dediklərindən başqa söz danışmasın, bizi savaba yaxınlaşdıran işlərdən başqa heç nə üçün səy göstərməyək va Sənin əzabından saxlayan işdən başqa bir iş görməyək. Sonra bütün bunları riyakarların riyakarlığından (özünü nümayiş) və söhrətpərəstişlərin şöhrətindən pak və xalis et. Belə ki, bu əməllərdə Sənə şərik tutmayaq və Səndən başqa bir məqsədimiz olmasın.
 İlahi, Məhəmməd və onun Əhli-beytinə salavat göndər və bizi bu ayda hüdudlarını və vaciblərini (vacib əməllərini), şərtlərini bəyan etdiyin və vaxtlarını təyin etdiyin beş namazın vaxtına riayət etməkdə ayıq et. Bizi onun dərəcələrinə çatan, rüknlərini yerinə yetirən və onu öz vaxtında qılanlardan et. Bizi, bəndən ve elçin Məhəmmədin - Ona və Əhli-beytinə Sənin salamın olsun- yerinə yetirdiyi rüku və sücud və namazın bütün qayda-qanunlarını, kamil paklıq, aydın və son dərəcədə təvazökarlıqla yerinə yetirənlərdən et.
Bu ayda bizə öz qohum- əqrabalarımıza yaxşılıq etmək və sileyi-rəhm etmək tövfiqi ver. Qonşularımıza ehsan və yaxşılıq etməklə xidmət göstərək. Malımızın zəkatını verməklə onu haramdan qoruyaq. Bizdən küsənlərlə barışaq və bizə zülm edənlərə qarşı insafla və düşmənlərlə sülhlə davranaq. Lakin Sənə xatir və Sənin yolunda düşmən olanlarla heç vaxt (əsla) dostluq etmərik və onlarla səmimi olmarıq! Bu ayda günahları təmizləyən yaxşı əməllər sayəsində Sənə yaxınlaşmaq üçün bizə bacarıq ver. Bu ayda bizi eyiblərdən uzaqlaşdır (qoru). Ta ki, mələklərindən hər biri bizim itaətlərimizdən və Sənə tərəf yaxınlaşdıran əməllərimizdən daha az ibadətlə hüzuruna gəlsinlər.
 İlahi, bu ramazan ayının xatirinə, bu ayın əvvəlindən və sonuna qədər Səna ibadət edənlərin - bizim hidayətimiz üçün göndərdiyin peyğəmbərin, sənə yaxın olan mələklərin və ya seçdiyin saleh bəndənin - xatirinə Səni and veririk ki, Məhəmməd və onun Əhli-beytinə salavat göndərəsən. Bizi də bu ayda övliyalarına vəd verdiyin kəramətlə yararlandırasan.
İtaat və ibadətdə səy göstərənlər üçün lazım bildiklərini bizə də lazım bil. Bizi Öz mərhəmətinlə dərgahında ən yüksək mərtəbədə olanların sırasında yerləşdir.
 İlahi! Məhəmməd və onun Əhli-beytinə salam göndər və tövhidində yanılmaqdan, Sənə sitayişdə səhlənkarlıq göstərməkdən, şirkə və küfrə qapılmaqdan, dinində şübhəyə düşməkdən, yolunu görməkdə kor olmaqdan, hörmətinə diqqətsiz olmaqdan və düşmənin olan qovulmuş şeytana aldanmaqdan bizi uzaq et.
 İlahi, Məhəmməd və Əhli-beytinə salavat göndər və bizi bu mübarək ayın gecələrinin hər birində əfvinlə azad olunmuş və ya güzəşt etdiyin insanlardan et. Bizi ramazan ayın üçün ən yaxşı insanlardan və səhabələrdən hesab et.
 İlahi, Məhəmməd və onun Əhli-beytinə salavat göndər və ramazan ayının sona çatması ilə bərabər günahlarımızı da azalt! Bu ayın son günlərində günah aludəliklərini bizdən elə uzaqlaşdır ki, bu ay sona yetəndə günah çirkinliklərindən təmizlənmiş və pislikdən xalisləşmiş olaq.
 İlahi, Məhəmməd və onun Əhli-beytinə salavat göndər.
Əgər bu ayda haqdan dönsək, bizi haqqa gətir (qaytar), düz yoldan dönsək, düz yola yönəlt və düşmənin olan şeytan bizə yiyələnsa, bizi ondan xilas et.
 İlahi, orucluq ayını ibadətlərimizlə doldur və onun vaxtlarını Sənə ibadət etməklə bəzə. Gündüzlərini oruc tutub gecələrini namaz qılıb Sənə yalvarmağımız və Sənə qarşı təvazökar və hüzurunda zəlil olmaqda bizə kömək et ki, (bu ay) gündüzlər qafil və gecələr isə səhlənkar olmadığımıza şahid olmasın.

 İlahi, yaşadığımız digər aylarda və günlərdə də bizi bu cür et. Bizi, Cənnəti miras aparan və orada əbədi qalan saleh (bəyənilmiş) bəndələrdən et. O bəndələrdən ki, hər şeylərini Allah yolunda bağışlayırlar. Bir halda ki, qəlblərində Allaha doğru qayıdacaqlarından qorxurlar. Bizi xeyir işlərə tələsən və bu işlərdə önə keçən bəndələrdən et.
 İlahi, bütün hallarda, bütün zamanlarda və bütün vaxtlarda hər kəsə göndərdiyin salavatın sayından artıq va heç kimin saya bilmayacəyi qadər Məhəmməd va onun Əhli-beytinə salavat göndər! Çünki Sən istədiyini edənsən!

وَ اخْتَصَّنَا بِمِلَّتِهِ، وَ سَبَّلَنَا فِي سُبُلِ إِحْسَانِهِ لِنَسْلُكَهَا بِمَنِّهِ إِلَى رِضْوَانِهِ، حَمْدا يَتَقَبَّلُهُ مِنَّا، وَ يَرْضَى بِهِ عَنَّا وَالْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ مِنْ تِلْكَ السُّبُلِ شَهْرَهُ شَهْرَ رَمَضَانَ، شَهْرَ الصِّيَامِ، وَشَهْرَ الْإِسْلامِ، وَشَهْرَ الطَّهُورِ، وَشَهْرَ التَّمْحِيصِ، وَشَهْرَ الْقِيَامِ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ، هُدًى لِلنَّاسِ، وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ فَأَبَانَ فَضِيلَتَهُ عَلَى سَائِرِ الشُّهُورِ بِمَا جَعَلَ لَهُ مِنَ الْحُرُمَاتِ الْمَوْفُورَةِ، وَالْفَضَائِلِ الْمَشْهُورَةِ، فَحَرَّمَ فِيهِ مَا أَحَلَّ فِي غَيْرِهِ إِعْظَاما، وَحَجَرَ فِيهِ الْمَطَاعِمَ وَالْمَشَارِبَ إِكْرَاما، وَجَعَلَ لَهُ وَقْتا بَيِّنا لا يُجِيزُ- جَلَّ وَ عَزَّ- أَنْ يُقَدَّمَ قَبْلَهُ، وَلا يَقْبَلُ أَنْ يُؤَخَّرَ عَنْهُ. ثُمَّ فَضَّلَ لَيْلَةً وَاحِدَةً مِنْ لَيَالِيهِ عَلَى لَيَالِي أَلْفِ شَهْرٍ، وَسَمَّاهَا لَيْلَةَ الْقَدْرِ، تَنَزَّلُ الْمَلائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ سَلامٌ، دَائِمُ الْبَرَكَةِ إِلَى طُلُوعِ الْفَجْرِ عَلَى مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ بِمَا أَحْكَمَ مِنْ قَضَائِهِ.
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَأَلْهِمْنَا مَعْرِفَةَ فَضْلِهِ وَ إِجْلالَ حُرْمَتِهِ، وَ التَّحَفُّظَ مِمَّا حَظَرْتَ فِيهِ، وَأَعِنَّا عَلَى صِيَامِهِ بِكَفِّ الْجَوَارِحِ عَنْ مَعَاصِيكَ، وَاسْتِعْمَالِهَا فِيهِ بِمَا يُرْضِيكَ حَتَّى لا نُصْغِيَ بِأَسْمَاعِنَا إِلَى لَغْوٍ، وَلا نُسْرِعَ بِأَبْصَارِنَا إِلَى لَهْوٍ وَحَتَّى لا نَبْسُطَ أَيْدِيَنَا إِلَى مَحْظُورٍ، وَلا نَخْطُوَ بِأَقْدَامِنَا إِلَى مَحْجُورٍ، وَحَتَّى لا تَعِيَ بُطُونُنَا إِلا مَا أَحْلَلْتَ، وَلا تَنْطِقَ أَلْسِنَتُنَا إِلا بِمَا مَثَّلْتَ، وَلا نَتَكَلَّفَ إِلا مَا يُدْنِي مِنْ ثَوَابِكَ، وَلا نَتَعَاطَى إِلا الَّذِي يَقِي مِنْ عِقَابِكَ، ثُمَّ خَلِّصْ ذَلِكَ كُلَّهُ مِنْ رِئَاءِ الْمُرَائِينَ، وَ سُمْعَةِ الْمُسْمِعِينَ، لا نَشْرَكُ فِيهِ أَحَدا دُونَكَ، وَلا نَبْتَغِي فِيهِ مُرَادا سِوَاكَ. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ،
وَقِفْنَا فِيهِ عَلَى مَوَاقِيتِ الصَّلَوَاتِ الْخَمْسِ بِحُدُودِهَا الَّتِي حَدَّدْتَ، وَفُرُوضِهَا الَّتِي فَرَضْتَ، وَ وَظَائِفِهَا الَّتِي وَظَّفْتَ، وَأَوْقَاتِهَا الَّتِي وَقَّتَّ وَأَنْزِلْنَا فِيهَا مَنْزِلَةَ الْمُصِيبِينَ لِمَنَازِلِهَا، الْحَافِظِينَ لِأَرْكَانِهَا، الْمُؤَدِّينَ لَهَا فِي أَوْقَاتِهَا عَلَى مَا سَنَّهُ عَبْدُكَ وَ رَسُولُكَ -صَلَوَاتُكَ عَلَيْهِ وَآلِهِ - فِي رُكُوعِهَا وَسُجُودِهَا وَجَمِيعِ فَوَاضِلِهَا عَلَى أَتَمِّ الطَّهُورِ وَ أَسْبَغِهِ، وَأَبْيَنِ الْخُشُوعِ وَ أَبْلَغِهِ. وَوَفِّقْنَا فِيهِ لِأَنْ نَصِلَ أَرْحَامَنَا بِالْبِرِّ وَالصِّلَةِ، وَأَنْ نَتَعَاهَدَ جِيرَانَنَا بِالْإِفْضَالِ وَالْعَطِيَّةِ، وَأَنْ نُخَلِّصَ أَمْوَالَنَا مِنَ التَّبِعَاتِ، وَ أَنْ نُطَهِّرَهَا بِإِخْرَاجِ الزَّكَوَاتِ، وَأَنْ نُرَاجِعَ مَنْ هَاجَرَنَا، وَأَنْ نُنْصِفَ مَنْ ظَلَمَنَا، وَأَنْ نُسَالِمَ مَنْ عَادَانَا حَاشَى مَنْ عُودِيَ فِيكَ وَ لَكَ، فَإِنَّهُ الْعَدُوُّ الَّذِي لا نُوَالِيهِ، وَ الْحِزْبُ الَّذِي لا نُصَافِيهِ. وَأَنْ نَتَقَرَّبَ إِلَيْكَ فِيهِ مِنَ الْأَعْمَالِ الزَّاكِيَةِ بِمَا تُطَهِّرُنَا بِهِ مِنَ الذُّنُوبِ، وَتَعْصِمُنَا فِيهِ مِمَّا نَسْتَأْنِفُ ِمنَ الْعُيُوبِ، حَتَّى لا يُورِدَ عَلَيْكَ أَحَدٌ مِنْ مَلائِكَتِكَ إِلا دُونَ مَا نُورِدُ مِنْ أَبْوَابِ الطَّاعَةِ لَكَ، وَ أَنْوَاعِ الْقُرْبَةِ إِلَيْكَ.
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ هَذَا الشَّهْرِ، وَ بِحَقِّ مَنْ تَعَبَّدَ لَكَ فِيهِ مِنِ ابْتِدَائِهِ إِلَى وَقْتِ فَنَائِهِ: مِنْ مَلَكٍ قَرَّبْتَهُ، أَوْ نَبِيٍّ أَرْسَلْتَهُ، أَوْ عَبْدٍ صَالِحٍ اخْتَصَصْتَهُ، أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ أَهِّلْنَا فِيهِ لِمَا وَعَدْتَ أَوْلِيَاءَكَ مِنْ كَرَامَتِكَ، وَ أَوْجِبْ لَنَا فِيهِ مَا أَوْجَبْتَ لِأَهْلِ الْمُبَالَغَةِ فِي طَاعَتِكَ، وَ اجْعَلْنَا فِي نَظْمِ مَنِ اسْتَحَقَّ الرَّفِيعَ الْأَعْلَى بِرَحْمَتِكَ. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ جَنِّبْنَا الْإِلْحَادَ فِي تَوْحِيدِكَ، وَ الْتَّقْصِيرَ فِي تَمْجِيدِكَ، وَ الشَّكَّ فِي دِينِكَ، وَ الْعَمَى عَنْ سَبِيلِكَ، وَ الْإِغْفَالَ لِحُرْمَتِكَ، وَ الانْخِدَاعَ لِعَدُوِّكَ الشَّيْطَانِ الرَّجِيمِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ إِذَا كَانَ لَكَ فِي كُلِّ لَيْلَةٍ مِنْ لَيَالِي شَهْرِنَا هَذَا رِقَابٌ يُعْتِقُهَا عَفْوُكَ، أَوْ يَهَبُهَا صَفْحُكَ فَاجْعَلْ رِقَابَنَا مِنْ تِلْكَ الرِّقَابِ، وَ اجْعَلْنَا لِشَهْرِنَا مِنْ خَيْرِ أَهْلٍ وَ أَصْحَابٍ.
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ امْحَقْ ذُنُوبَنَا مَعَ امِّحَاقِ هِلالِهِ، وَ اسْلَخْ عَنَّا تَبِعَاتِنَا مَعَ انْسِلاخِ أَيَّامِهِ حَتَّى يَنْقَضِيَ عَنَّا وَ قَدْ صَفَّيْتَنَا فِيهِ مِنَ الْخَطِيئَاتِ، وَ أَخْلَصْتَنَا فِيهِ مِنَ السَّيِّئَاتِ. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ إِنْ مِلْنَا فِيهِ فَعَدِّلْنَا، وَ إِنْ زُغْنَا فِيهِ فَقَوِّمْنَا، وَ إِنِ اشْتَمَلَ عَلَيْنَا عَدُوُّكَ الشَّيْطَانُ فَاسْتَنْقِذْنَا مِنْهُ. اللَّهُمَّ اشْحَنْهُ بِعِبَادَتِنَا إِيَّاكَ، وَ زَيِّنْ أَوْقَاتَهُ بِطَاعَتِنَا لَكَ، وَ أَعِنَّا فِي نَهَارِهِ عَلَى صِيَامِهِ، وَ فِي لَيْلِهِ عَلَى الصَّلاةِ وَ التَّضَرُّعِ إِلَيْكَ، وَ الْخُشُوعِ لَكَ، وَ الذِّلَّةِ بَيْنَ يَدَيْكَ حَتَّى لا يَشْهَدَ نَهَارُهُ عَلَيْنَا بِغَفْلَةٍ، وَ لا لَيْلُهُ بِتَفْرِيطٍ. اللَّهُمَّ وَ اجْعَلْنَا فِي سَائِرِ الشُّهُورِ وَ الْأَيَّامِ كَذَلِكَ مَا عَمَّرْتَنَا، وَ اجْعَلْنَا مِنْ عِبَادِكَ الصَّالِحِينَ الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ، وَ الَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَ قُلُوبُهُمْ وَجِلَةٌ،
أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ، وَ مِنَ الَّذِينَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَ هُمْ لَهَا سَابِقُونَ. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، فِي كُلِّ وَقْتٍ وَ كُلِّ أَوَانٍ وَ عَلَى كُلِّ حَالٍ عَدَدَ مَا صَلَّيْتَ عَلَى مَنْ صَلَّيْتَ عَلَيْهِ، وَ أَضْعَافَ ذَلِكَ كُلِّهِ بِالْأَضْعَافِ الَّتِي لا يُحْصِيهَا غَيْرُكَ، إِنَّكَ فَعَّالٌ لِمَا تُرِيدُ.

Mənbə : Səhifeyi-Səccadiyyə 44-cü dua
Hazırladı: Rəsul Mahmudzadə

Tags: DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!