NÜDBƏ DUASI - I hissə

:

Bismillahir–Rəhmanir–Rəhim

Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavat və salamı seyyidimiz, ağamız, Allahın Peyğəmbəri Mühəmmədə və onun Əhli-beytinə olsun!

İlahi, Sənin övliyaların barədə cərəyan edən hadisələrdə Sənə həmd olsun. Elə övliyalar ki, onları Özün və dinin üçün xalisləşdirmisən (saflaşdırmısan). Çünki, onlara Öz yanında olan əbədi nemətlər bəxşiş etmisən ki, o nemətlər əbədidir. Heç vaxt zail olub aradan getməz, məhv olmaz. (bu nemətləri) Bu alçaq təbiətli dünyanın, onun bər-bəzəkli zər-zivərli dərəcələrində zöhdü onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul edib öz əhdlərinə vəfalı olduqlarını bildikdən sonra (əta etdin) və onları (Öz dərgahına) qəbul və müqərrəb etdin. Yüksək zikri, aşkar tərifi onlar üçün təqdim etdin, onlara mələk nazil edib Öz vəhyinlə onları əzizlədin, Öz elminlə onlara yardım etdin, onları Özünə doğru şəfatəçi, razılığına çatmaq üçün vasitə qərar verdin. Sonra onların bəzilərini (həzrət Adəmin) Cənnətdən çıxarana qədər orada məskunlaşdırdın. Bəzilərini isə (həzrət Nuhu) Öz nicat gəminə mindirib onu və onunla birlikdə iman gətirənləri Öz rəhmətinlə həlak olmaqdan nicat verdin. Bəzilərin isə Özün üçün xəlil (dost) seçdin, o da Səndən sonrakı ümmətlər içrə sadiq dil (yəni, həqiqəti söyləyən, doğru danışan canişin) istədi. Səndə onun istəyini qəbul etdin və onları uca məqamlı etdin. Bəziləri (həzrət Musa) ilə ağac vasitəsi ilə danışdın və onun üçün qardaşından (Harundan) arxa, kömək və vəzir qərar verdin. Bəzilərini isə (həzrət İsa) atasız olaraq dünyaya gətirdin və ona aşkar möcüzələr əta edib Ruhul-Qüdusla onu təyid (təsdiq) etdin. Bunların hər biri üçün «şəriət» müəyyən etdin. Onlar üçün canişinlər seçdin ki, hər biri digərindən sonra, müəyyən müddətdə dini hifz etdilər. Sənin dinini bərqərar edənlər (dirçəldənlər) Sənin bəndələrinə höccət və dəlil olsunlar ki, haqq Öz qərargahından məhv olub aradan getməsin və nəticədə batil əhli haqq əhlinə qələbə çalmasın. Həmçinin bir kəs deməsin ki, “Ey Rəbbimiz, əgər Sən bizə (İlahi əzabdan) qorxudan bir elçi göndərib (onları) hidayətçi, əlamət qərar versəydin, biz də xar olmamış, Sənin həbibin və nəcib bəndən Mühəmməd (s) çatmamış Sənin möcüzələrinə tabe olardıq” – deməsin. Və o, (həzrət Mühəmməd) Sənin seçdiyin bir şəxs, məxluqatın ağası, seçdiyin bəndələrin üstünü, onların əfzəli, etimad etdiyin bəndələrin ən kəramətlisi oldu. Sən onu Öz peyğəmbərlərindən önə keçirtdin, Öz bəndələrindən olan «səqəleyn»ə (cinlərə və insanlara) peyğəmbər seçdin. Öz məğrib və məşriqlərini onun ayaqları altından keçirtdin. Büraqı (Büraq – Həzrət Rəsulun (s) meraca gedərkən mindiyi vasitə, at) onun üçün ram etdin, onun ruhunu Öz asimanına doğru pərvaz etdirdin, xilqətin vaxtı qurtarana kimi olmuş və olacaq hər bir şeyin elmini ona əmanət verdin. Sonra (düşmənlərinin möminlərdən qorxması ilə) onu qələbəyə yetindin, onu Cəbrail, Mikail və xüsusi əlamət və nişanəsi olan mələklərinlə əhatə etdin. Ona vədə verdin ki, onun dinini müşriklərin xoşlmadıqlarına baxmayaraq bütün dinlərə qalib edəsən və bu iş onu sadiq bir nazil olan kimi geri qaytardıqdan sonra oldu və oranı (qayıtdığı evi) o və onlar üçün ilk beyt qərar verdin ki, “Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.  Onda (Allahın tovhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa amandadır. (”Ali-İmran”, 96-97) və Əhli-beyt (ə) barəsində buyurdun: “ Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-beytdən (əqidə, əxlaq və əməllərdə) hər cür pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak-pakizə etmək istəyir.” (”Əhzab”, 33) Sonra Mühəmmədin (s) muzdunu onlara aşkar məhəbbət qərar verdin və buyrdun ki, “(Ya Mühəmməd) xalqa de: Mən bu risalət müqabilində sizdən, Əhli-beytimə məhəbbət bəsləməkdən savayı bir muzd istəmirəm.” Həmçinin buyurdun ki, “Bu iş müqabilində sizdən bir şey istəyirəmsə, o, sizin xeyrinizədir.” və buyurdun ki: “bu iş müqabilində sizdən bir haqq, muzd istəmirəm.” 

“De: «Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində – sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsi istisna olmaqla, bir muzd istəmirəm.” Yalnız onlar (imamlar) Sənə və Sənin razılığına doğru bir yol və vasitədirlər.

Elə ki, onun ömrü sona çatdı (Qədir Xumda) öz vəlisi Əli ibn ƏbiTalibi (ə) ayağa qaldırıb (Allahın əmri ilə) hidayətçi etdi, Çünki o (Peyğəmbər) İlahi əzabdan qorxdudan idi və hər bir qövm üçün də bir hidayətçi olmalıdır. Camaat Peyğəmbərin (s) ətrafını tutmuşdu və Həzrət buyurdu: “Mən hər kimin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir. İlahi, onu sevəni sev, ona kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!» Sonra buyuru: “Mən hər kəsin peyğəmbəriyəmsə, Əli də onun əmirdir.” və buyurdu: “Mən və Əli vahid bir şəcərədənik, sair şəxslər isə müxtəlif şəcərələrdəndir.” Peyğəmbər (s) özünü Musaya, Əlini isə onun vəziri və canişini olan Haruna bənzədib buyurdu: “Sənin mənimlə olan münasibətin Harunun Musa ilə olan münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.” və öz qızını ona ərə verdi, elə bir xanım ki, hər iki aləm qadınlarının seyyidəsidir və (Peyğəmbər) öz məscidinə aid olan işləri onun üçün də halal etdi, onun qapısından başqa (məsçidə açılan) bütün qapıları bağladı, sonra öz elm və hikmətini ona əmanət verib buyurur: “Mən elmin şəhəri, Əli isə o şəhərin darvazasıdır, hər kəs o şəhəri və hikməti istəsə, gərək onun qapısından girsin”, sonra buyurdu: “Ya Əli, Sən mənim qardaşım, canişinim və varisimsən, ətin mənim ətimdən, qanın mənim qanımdandır. Sənin barışıq etməyin mənim barışıq etməyim, müharibən mənim müharibəmdir. İman, mənim ət-qanıma qarışdığı kimi, sənin ət-qanınla da qarışıb. Qiyamət günü “Kövsər” hovuzu kənarında canişinimsən. Sən mənim borclarımı rəva qılıb, vədələrimə vəfa edəcəksən.” Sənin şiələrin Cənnətdə, mənim dövrəmdə nurdan olan minbərlər üstə, üzləri ağ olacaq. Onlar mənim qonşularımdır. Ya Əli! Sən olamasaydın, məndən sonra möminlər (münafiqlərdən) seçilməzdi.” Əli Peyğəmbərdən sonra azğınlıqdan (zəlalətdən) çıxmaq üçün hidayət məşəli, korlar üçün bir nur, Allahın məhkəm əlaqə ipi (vasitəsi), Onun düzgün yolu oldu.

Rəsuli Əkrəmə (s) qohumluq cəhətindən bir kəs ondan (həzrət Əlidən) qabağa keçə bilmədi və həmçinin heç kəs ondan qabaq İslamı qəbul etmədi, heç kəs fəzilətlərindən hər hansı birində ona çata bilmədi. Müntəzəm olaraq Rəsuli-Əkrəmin (s) qədəm qoyduğu yerə qədəm qoyurdu.

Quran təvili (təfsiri) əsasında cihad edirdi. Allah yolunda (çalışanda) məzəmmət edənlərin məzəmmətləri ona təsir etmirdi, Allah yolunda ərəblərin dilavər pəhləvanlarını təkləyib (haqlayıb) öldürür, ərəb quldurlarını tuturdu. Nəticədə Bədr, Xeybər, Hüneyn və s, müharibələrdən Həzrətə qarşı kin-küdurətlər qalmışdı. Nəhayətdə ona qarşı düşmənçilikdə əlbir olub onun əleyhinə qiyam etdilər, Həzrət «Nakisinlərlə», (Cəməl döyüşündə), «Mariqinlərlə» (dindən çıxanlarla Nəhrəvan döyüşündə) və «Qasitinlərlə» (Siffeyn döyüşündə) müharibə edib onları qətlə yetirdi.

Elə ki, ömrü sona çatdı və ilk bədbəxtə tabe olan axırıncı bədbəxt (İbni Mülcəm) onu şəhadətə yetirdi. Rəsuli Əkrəmin (s) fərmanları yol göstərənlərin (yəni sonrakı “xəlifələrin”) birinin digərindən sonra gəlməsi ilə yerinə yetirilməmiş qaldı. Onun haqqına riayət edən az bir qrupdan savayı bütün İslam ümməti də ona qarşı amansız düşmənliyə qalxıb onun nəslini kəsmək üçün övladlarını sürgün etmək üçün cəm oldular və bu işə israr etdilər. Öldürülənlər öldürüldü, əsir edilənlər əsir edildi, sürgün edilənlər sürgün edildi və Allahın qəzavü-qədəri onlar üçün gözəl savab ümidi olan qaydada ötüb keçdi. Çünki Allah, yeri Öz bəndələri içərisində istədiyi şəxslərə irs verir. Gözəl aqibət isə təqvalılar üçündür.

 

You must have the Adobe Flash Player installed to view this player.

دعاء ندبة

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحيِم

اَلْحَمْدُ للهِ رَبِّ الْعالَمينَ وَصَلَّى اللهُ عَلى سَيِّدِنا مُحَمَّدٍ نَبِيِّهِ وَآلِهِ وَسَلَّمَ تَسْليماً، اَللّـهُمَّ لَكَ الْحَمْدُ عَلى ما جَرى بِهِ قَضاؤكَ في اَوْلِيائِكَ الَّذينَ اسْتَخْلَصْتَهُمْ لِنَفْسِكَ وَدينِكَ، اِذِ اخْتَرْتَ لَهُمْ جَزيلَ ما عِنْدَكَ مِنَ النَّعيمِ الْمُقيمِ الَّذي لا زَوالَ لَهُ وَلاَ اضْمِحْلالَ، بَعْدَ اَنْ شَرَطْتَ عَلَيْهِمُ الزُّهْدَ في دَرَجاتِ هذِهِ الدُّنْيَا الدَّنِيَّةِ وَزُخْرُفِها وَزِبْرِجِها، فَشَرَطُوا لَكَ ذلِكَ وَعَلِمْتَ مِنْهُمُ الْوَفاءَ بِهِ فَقَبِلْتَهُمْ وَقَرَّبْتَهُمْ، وَقَدَّمْتَ لَهُمُ الذِّكْرَ الْعَلِيَّ وَالثَّناءَ الْجَلِىَّ، وَاَهْبَطْتَ عَلَيْهِمْ مَلائِكَتَكَ وَكَرَّمْتَهُمْ بِوَحْيِكَ، وَرَفَدْتَهُمْ بِعِلْمِكَ، وَجَعَلْتَهُمُ الذَّريعَةَ اِلَيْكَ وَالْوَسيلَةَ اِلى رِضْوانِكَ، فَبَعْضٌ اَسْكَنْتَهُ جَنَّتَكَ اِلى اَنْ اَخْرَجْتَهُ مِنْها، وَبَعْضٌ حَمَلْتَهُ في فُلْكِكَ وَنَجَّيْتَهُ وَمَنْ آمَنَ مَعَهُ مِنَ الْهَلَكَةِ بِرَحْمَتِكَ، وَبَعْضٌ اتَّخَذْتَهُ لِنَفْسِكَ خَليلاً وَسَأَلَكَ لِسانَ صِدْق فِي الاْخِرينَ فَاَجَبْتَهُ وَجَعَلْتَ ذلِكَ عَلِيّاً، وَبَعْضٌ كَلَّمْتَهُ مِنْ شَجَـرَةٍ تَكْليماً وَجَعَلْتَ لَهُ مِنْ اَخيهِ رِدْءاً وَوَزيراً، وَبَعْضٌ اَوْلَدْتَهُ مِنْ غَيْرِ اَب وَآتَيْتَهُ الْبَيِّناتِ وَاَيَّدْتَهُ بِرُوحِ الْقُدُسِ، وَكُلٌّ شَرَعْتَ لَهُ شَريعَةً، وَنَهَجْتَ لَهُ مِنْهاجاً، وَتَخَيَّرْتَ لَهُ اَوْصِياءَ، مُسْتَحْفِظاً بَعْدَ مُسْتَحْفِظ مِنْ مُدَّةٍ اِلى مُدَّةٍ، اِقامَةً لِدينِكَ، وَحُجَّةً عَلى عِبادِكَ، وَلِئَلّا يَزُولَ الْحَقُّ عَنْ مَقَرِّهِ وَيَغْلِبَ الْباطِلُ عَلى اَهْلِهِ، وَلا يَقُولَ اَحَدٌ لَوْلا اَرْسَلْتَ اِلَيْنا رَسُولاً مُنْذِراً وَاَقَمْتَ لَنا عَلَماً هادِياً فَنَتَّبِـعَ آياتِكَ مِنْ قَبْلِ اَنْ نَذِلَّ وَنَخْزى، اِلى اَنِ انْتَهَيْتَ بِالاْمْرِ اِلى حَبيبِكَ وَنَجيبِكَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ، فَكانَ كَمَا انْتَجَبْتَهُ سَيِّدَ مَنْ خَلَقْتَهُ، وَصَفْوَةَ مَنِ اصْطَفَيْتَهُ، وَاَفْضَلَ مَنِ اجْتَبَيْتَهُ، وَاَكْرَمَ مَنِ اعْتَمَدْتَهُ، قَدَّمْتَهُ عَلى اَنْبِيائِكَ، وَبَعَثْتَهُ اِلَى الثَّقَلَيْنِ مِنْ عِبادِكَ، وَاَوْطَأتَهُ مَشارِقَكَ وَمَغارِبَكَ، وَسَخَّرْتَ لَهُ الْبُراقَ، وَعَرَجْتَ) به( بِرُوْحِهِ اِلى سَمائِكَ، وَاَوْدَعْتَهُ عِلْمَ ما كانَ وَما يَكُونُ اِلَى انْقِضاءِ خَلْقِكَ، ثُمَّ نَصَرْتَهُ بِالرُّعْبِ، وَحَفَفْتَهُ بِجَبْرَئيلَ وَميكائيلَ وَالْمُسَوِّمينَ مِنْ مَلائِكَتِكَ وَوَعَدْتَهُ اَنْ تُظْهِرَ دينَهُ عَلَى الدّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ، وَذلِكَ بَعْدَ اَنْ بَوَّأتَهُ مَبَوَّأَ صِدْقٍ مِنْ اَهْلِهِ، وَجَعَلْتَ لَهُ وَلَهُمْ اَوَّلَ بَيْتٍ وُضِعَ لِلنّاسِ لَلَّذي بِبَكَّةَ مُبارَكاً وَهُدىً لِلْعالَمينَ، فيهِ آياتٌ بَيِّناتٌ مَقامُ اِبْراهيمَ وَمَنْ دَخَلَهُ كانَ آمِناً، وَقُلْتَ (اِنَّما يُريدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهيراً) ثُمَّ جَعَلْتَ اَجْرَ مُحَمَّدٍ صَلَواتُكَ عَلَيْهِ وَآلِهِ مَوَدَّتَهُمْ في كِتابِكَ فَقُلْتَ: (قُلْ لا اَسْاَلُكُمْ عَلَيْهِ اَجْراً اِلاَّ الْمَوَدَّةَ فِى الْقُرْبى) وَقُلْتَ (ما سَألْتُكُمْ مِنْ اَجْر فَهُوَلَكُمْ) وَقُلْتَ: (ما اَسْاَلُكُمْ عَلَيْهِ مِنْ اَجْر الّا مَنْ شاءَ اَنْ يَتَّخِذَ اِلى رَبِّهِ سَبيلاً)، فَكانُوا هُمُ السَّبيلَ اِلَيْكَ وَالْمَسْلَكَ اِلى رِضْوانِكَ، فَلَمَّا انْقَضَتْ اَيّامُهُ اَقامَ وَلِيَّهُ عَلِيَّ بْنَ اَبي طالِب صَلَواتُكَ عَلَيْهِما وَآلِهِما هادِياً، اِذْ كانَ هُوَ الْمُنْذِرَ وَلِكُلِّ قَوْم هاد، فَقالَ وَالْمَلأُ اَمامَهُ: مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِيٌّ مَوْلاهُ اَللّـهُمَّ والِ مَنْ والاهُ وَعادِ مَنْ عاداهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَهُ، وَقالَ: مَنْ كُنْتُ اَنَا نَبِيَّهُ فَعَلِيٌّ اَميرُهُ، وَقالَ اَنَا وَعَلِيٌّ مِنْ شَجَرَة واحِدَة وَسائِرُالنَّاسِ مِنْ شَجَر شَتّى، وَاَحَلَّهُ مَحَلَّ هارُونَ مِنْ مُوسى، فَقال لَهُ اَنْتَ مِنّي بِمَنْزِلَةِ هارُونَ مِنْ مُوسى الّا اَنَّهُ لا نَبِيَّ بَعْدي، وَزَوَّجَهُ ابْنَتَهُ سَيِّدَةَ نِساءِ الْعالَمينَ، وَاَحَلَّ لَهُ مِنْ مَسْجِدِهِ ما حَلَّ لَهُ، وَسَدَّ الاْبْوابَ اِلاّ بابَهُ، ثُمَّ اَوْدَعَهُ عِلْمَهُ وَحِكْمَتَهُ فَقالَ: اَنـَا مَدينَةُ الْعِلْمِ وَعَلِىٌّ بابُها، فَمَنْ اَرادَ الْمَدينَةَ وَالْحِكْمَةَ فَلْيَاْتِها مِنْ بابِها، ثُمَّ قالَ: اَنْتَ اَخي وَوَصِيّي وَوارِثي، لَحْمُكَ مِنْ لَحْمي وَدَمُكَ مِنْ دَمي وَسِلْمُكَ سِلْمي وَحَرْبُكَ حَرْبي وَالإيمانُ مُخالِطٌ لَحْمَكَ وَدَمَكَ كَما خالَطَ لَحْمي وَدَمي، وَاَنْتَ غَداً عَلَى الْحَوْضِ خَليفَتي وَاَنْتَ تَقْضي دَيْني وَتُنْجِزُ عِداتي وَشيعَتُكَ عَلى مَنابِرَ مِنْ نُور مُبْيَضَّةً وُجُوهُهُمْ حَوْلي فِي الْجَنَّةِ وَهُمْ جيراني، وَلَوْلا اَنْتَ يا عَلِيُّ لَمْ يُعْرَفِ الْمُؤْمِنُونَ بَعْدي، وَكانَ بَعْدَهُ هُدىً مِنَ الضَّلالِ وَنُوراً مِنَ الْعَمى، وَحَبْلَ اللهِ الْمَتينَ وَصِراطَهُ الْمُسْتَقيمَ، لا يُسْبَقُ بِقَرابَةٍ في رَحِمٍ وَلا بِسابِقَةٍ في دينٍ، وَلا يُلْحَقُ في مَنْقَبَةٍ مِنْ مَناقِبِهِ، يَحْذُو حَذْوَ الرَّسُولِ صَلَّى اللهُ عَلَيْهِما وَآلِهِما، وَيُقاتِلُ عَلَى التَّأويلِ وَلا تَأخُذُهُ فِي اللهِ لَوْمَةُ لائِمٍ، قَدْ وَتَرَ فيهِ صَناديدَ الْعَرَبِ وَقَتَلَ اَبْطالَهُمْ وَناوَشَ (ناهش) ذُؤْبانَهُمْ، فَاَوْدَعَ قُلُوبَهُمْ اَحْقاداً بَدْرِيَّةً وَخَيْبَرِيَّةً وَحُنَيْنِيَّةً وَغَيْرَهُنَّ، فَاَضَبَّتْ عَلى عَداوَتِهِ وَاَكَبَّتْ عَلى مُنابَذَتِهِ، حَتّى قَتَلَ النّاكِثينَ وَالْقاسِطينَ وَالْمارِقينَ، وَلَمّا قَضى نَحْبَهُ وَقَتَلَهُ اَشْقَى الاْخِرينَ يَتْبَعُ اَشْقَى الاْوَّلينَ، لَمْ يُمْتَثَلْ اَمْرُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ فِي الْهادينَ بَعْدَ الْهادينَ، وَالاْمَّةُ مُصِرَّةٌ عَلى مَقْتِهِ مُجْتَمِعَةٌ عَلى قَطيعَةِ رَحِمِهِ وَاِقْصاءِ وُلْدِهِ اِلّا الْقَليلَ مِمَّنْ وَفى لِرِعايَةِ الْحَقِّ فيهِمْ، فَقُتِلَ مَنْ قُتِلَ، وَسُبِيَ مَنْ سُبِيَ وَاُقْصِيَ مَنْ اُقْصِيَ وَجَرَى الْقَضاءُ لَهُمْ بِما يُرْجى لَهُ حُسْنُ الْمَثُوبَةِ.

Ardını buradan oxu ...

Tags: DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!