ŞİKAYƏT EDƏNLƏRİN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

İkinci münacat:

ŞİKAYƏT EDƏNLƏRİN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

İlahi iləykə əşku nəfsən bis sui əmmarətən, və iləl xatiəti mubadirətən, və biməasiikə mulə-ətən, vəlisaxətikə mutə-ərrizətən, təsluku bi məsalikəl məhalik, və təc-əluni indəkə əhvənə halikə, kəsirətəl iləli, təvilətəl əməli, in məssəhəş şərru təczəu, və in məssəhəl xayru təmnəu, məyyalətən iləl ləibi vəl ləhvi məmlutən bil ğafləti vəs səhvi, tusriu bi iləl həvbəti və tusəvvifuni bit təvbəti, İlahi əşku iləykə əduvvən yuzillunii, və şəytanən yuğviinii, qad mələ bil vəsvasi sadri, və əhatət həvacisuhu biqalbi, yuazidu liyəl həva, və yuzəyyinu lii hubbəd dunyə və yəhulu bəyni və bəynət taəti vəz zulfi, İlahi iləykə əşku qalbən qasiyən mə-əl vəsvasi mutəqallibən, və birrayni vət-tab`i mutələbbisən, və əynən ənil bukai min xavfikə camidətən, və ila ma yəsurruha tamihətən, İlahi la həvla li vəla quvvətə illə biqudratikə, vəla nəcatə lii min məkarihid dunya illə bi ismətikə, fə əs-əlukə bibəlağati hikmətikə və nəfazi məşiyyətikə, ən la təc-ələni liğayri cuudikə mutə-ərrizən, vəla tusəyyirani lilfitəni ğarazən, və kulli ələl i`dai nasirən, və ələl məxaziyə vəl uyubi satirən, və minəl bəlai vaqiyən, və ənil məasi asimən bi rə`fətikə və rahmətikə ya Ərhəmər-rahimin.

ŞİKAYƏT EDƏNLƏRİN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, daim məni pis işlərə əmr edən, xətalara sürükləyən, əmr və fərmanların qarşısında günah və üsyankarlığa həddən artıq həris, qəzəbinə səbəb olan işləri yerinə yetirən nəfsdən Sənə şikayət edirəm. Həmin nəfs məni həlakət yollarına apararaq məni Sənin nəzərində həlak olanların ən zəlil və xarı edir. Onun bəhanələri həddən artıq, arzuları tükənməzdir. Ona pis (şər) iş üz versə, ah-nalə qoparar, mənfəət çatsa, (onun başqalarına da çatmasına) mane olar; əbəs işlərə çox meyil edən, qəflət və yanlışlıqlarla dolu məni günah və həlakətə sürətlə tələsdirən və tövbə etməyimi hər gün yubandırandır. İlahi, məni azdıran düşmən, zəlalətə yönəldən şeytandan və nəfsə pərəstiş etmək, dünya məhəbbətini gözümdə cilvələndirmək və mənimlə itaət və Sənə yaxınlıq arasında fasilə və ayrılıq salmaqda yardımçı olan şeytanın qəlbimi dolduran vəsvəsələri və qəlbimi əhatə edən batil fikirlərindən Sənə şikayət edirəm! İlahi, bərkiyən, vəsvəsələr və günah pası ilə örtülən bir qəlbdən, Sənin xofundan ağlamayan və xoşladığı hər bir şeyə nəzər salan gözdən Sənə şikayət edirəm! İlahi, Sənin qüdrətindən başqa, mənim üçün onların qarşısında maneə olacaq heç bir güc və qüvvət, dünyanın hiylə və xoşagəlməz hadisələri müqabilində Sənin qorumağından başqa, mənə hansısa bir nicat yolu yoxdur! Səndən tükənməz hikmət, qarşısıalınmaz iradə və istəyin vasitəsilə məni Öz ehsanından başqa, heç bir şeyə ehtiyaclı, imtahan və bəla selinə giriftar və tuş etməməyini, düşmənlərim qarşısında mənə yardımçı olmağın, günah və zəlilliyimin (rüsvayedici əməllərimin) üstünü örtməyin, bəlalardan qorumağın, günahlardan amanda saxlamağını diləyirəm, ey haqq və rəhməti uca, ey mehribanların ən mehribanı!

ŞİKAYƏT EDƏNLƏRİN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة الشّاکین

بسم الله الرحمن الرحیم

اِلـهي اِلَيْكَ اَشْكُو نَفْساً بِالسُّوءِ اَمّارَةً، وَاِلَى الْخَطيئَةِ مُبادِرَةً، وَبِمَعاصيكَ مُولَعَةً، وَلِسَخَطِكَ مُتَعَرِّضَةً، تَسْلُكُ بي مَسالِكَ الْمَهالِكِ، وَتَجْعَلُني عِنْدَكَ اَهْوَنَ هالِك، كَثيرَةَ الْعِلَلِ، طَويلَةَ الاْمَلِ، اِنْ مَسَّهَا الشَّرُّ تَجْزَعُ، وَاِنْ مَسَّهَا الْخَيْرُ تَمْنَعُ، مَيّالَةً اِلَى اللَّعِبِ وَالَلَّهْوِ مَمْلُؤةً بِالْغَفْلَةِ وَالسَّهْوِ، تُسْرِعُ بي اِلَى الْحَوْبَةِ وَتُسَوِّفُني بِالتَّوْبَةِ، اِلـهي اَشْكُو اِلَيْكَ عَدُوّاً يُضِلُّني، وَشَيْطاناً يُغْويني، قَدْ مَلاَ بِالْوَسْواسِ صَدْري، وَاَحاطَتْ هَواجِسُهُ بِقَلْبي، يُعاضِدُ لِيَ الْهَوى، وَيُزَيِّنُ لي حُبَّ الدُّنْيا وَيَحُولُ بَيْني وَبَيْنَ الطّاعَةِ وَالزُّلْفى، اِلـهي اِلَيْكَ اَشْكُو قَلْباً قاسِياً مَعَ الْوَسْواسِ مُتَقَلِّباً، وَبِالرَّيْنِ وَالطَّبْعِ مُتَلَبِّساً، وَعَيْناً عَنِ الْبُكاءِ مِنْ خَوْفِكَ جامِدَةً، وِ اِلى ما يَسٌرُّها طامِحَةً، اِلـهي لا حَوْلَ لي وَلا قُوَّةَ اِلاّ بِقُدْرَتِكَ، وَلا نَجاةَ لي مِنْ مَكارِهِ الدُّنْيا اِلاّ بِعِصْمَتِكَ، فَاَسْألُكَ بِبَلاغَةِ حِكْمَتِكَ وَنَفاذِ مَشِيَّتِكَ، اَنْ لا تَجْعَلَني لِغَيْرِ جُوْدِكَ مُتَعَرِّضاً، وَلا تُصَيِّرَني لِلْفِتَنِ غَرَضاً، وَكُنْ لي عَلَى الاْعْداءِ ناصِراً، وَعَلَى الْمخازي وَالْعُيُوبِ ساتِراً، وَمِنَ الْبَلاءِ واقِياً، وَعَنِ الْمَعاصي عاصِماً بِرَأْفَتِكَ وَرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!