ZAHİDLƏRİN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

On beşinci münacat:
ZAHİDLƏRİN MÜNACATININ OXUNUŞU

Bismilllahir-Rəhmanir-Rəhim

İlahi əskəntəna darən həfərat ləna hufəra məkriha, və əlləqətna biəydil mənaya fi cəbaili ğədriha, fə-iləykə nəltəciu min məkaidi xudə-iha, və bikə nə`təsimu minəl iğtirari bizəxarifi zinətiha, fəinnəhəl muhlikətu tullabəha, əl-mutlifətu hullaləha, əl-məhşuvvətu bil-ifati, əl-məhşunətu bin-nəkbati, İlahi fəzəhhida fiha, və səllimna minha bitəvfiqikə və ismətikə, vənzə` ənna cəlabibə muxaləfətikə, və qavəllə umuranə bihusni kifayətikə, və əvfir məzidəna min sə-əti rahmətikə, və əcmil silatina min  fəyzi məvahibikə, vəğris fi əf-idətina əşcarə məhəbbətikə, və ətmim ləna ənvarə mə`rifətikə və əziqna həla-vətə əfvikə, və ləzzətə məğfiratikə, və əqrir ə`yunənayəvmə liqaikə bi ru`yatikə, və əxric hubbəd-dunya min qulubina kəma fə-əltə bis-salihinə min səfvətikə, vəl-əbrari min xassətikə, birahmətikə ya Ərhəmər rahimin və ya Əkraməl əkrəmiin.

ZAHİDLƏRİN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, bizi yolumuzun üstündə məkr quyuları qazan, nəfsi istək və arzular sayəsində tovlamaq kəndiri ilə dolayan bir evdə (dünyada) sakin etmisən. Səndən onun bərbəzəklərinə aldananları həlak və ona üz gətirənləri məhv edən dünyadan məni qorumağını diləyirəm. Həqiqətən, dünya bəla və əzab-əziyyətlərlə doludur. İlahi, bizi müvəffəqiyyət və qorumağınla ona qarşı etinasız et və amanda saxla, Sənin əmr və göstərişlərinlə müxalifətçilik libasını əynimizdən çıxar və kifayət etməyinlə işlərimizə rəhbərlik və nəzarət et, Öz geniş rəhmətinlə bizə əta etdiklərini həmişə artır, lütfünlə bəxşişlərini daha da yaxşılaşdır, qəlb bağçamızda məhəbbət fidanlarını ək, bizi kamala çatdır, mərifət nurunla bağışlamağının şirinliyini bizə dadızdır! Seçilmiş, saleh və xas bəndələrinlə etdiyin kimi, Səninlə görüşəcəyimiz gün (qiyamətdə) gözlərimi camalını müşahidə etməklə işıqlandır və dünya məhəbbətini qəlbimdən çıxart. Səni and verirəm sonsuz rəhmətinə, ey mehribanların ən mehribanı!

ZAHİDLƏRİN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة الزاهدین
بسم الله الرحمن الرحیم

اِلـهي اَسْكَنْتَنا داراً حَفَرَتْ لَنا حُفَرَ مَكْرِها، وَعَلَّقَتْنا بِاَيْدِي الْمَنايا في حَبائِلِ غَدْرِها، فَاِلَيْكَ نَلْتَجِيءُ مِنْ مَكائِدِ خُدَعِها، وَبِكَ نَعْتَصِمُ مِنَ الاْغْتِرارِ بِزَخارِفِ زينَتِها، فَاِنَّهَا الْمُهْلِكَةُ طُلاّبَهَا، الْمُتْلِفَةُ حُلاّلَهَا، الْمحْشُوَّةُ بِالاْفاتِ، الْمَشْحُونَةُ بِالنَّكَباتِ، اِلـهي فَزَهِّدْنا فيها، وَسَلِّمْنا مِنْها بِتَوْفيقِكَ وَعِصْمَتِكَ، وَانْزَعْ عَنّا جَلابيبَ مُخالَفَتِكَ، وَتَوَلَّ اُمُورَنا بِحُسْنِ كِفايَتِكَ، وَاَوْفِرْ مَزيدَنا مِنْ سَعَةِ رَحْمَتِكَ، وَاَجْمِلْ صِلاتِنا مِنْ فَيْضِ مَواهِبِكَ، وَاَغْرِسْ في اَفْئِدَتِنا اَشْجارَ مَحَبَّتِكَ، وَاَتْمِمْ لَنا اَنْوارَ مَعْرِفَتِكَ، وَاَذِقْنا حَلاوَةَ عَفْوِكَ، وَلَذَّةَ مَغْفِرَتِكَ، وَاَقْرِرْ اَعْيُنَنا يَوْمَ لِقائِكَ بِرُؤْيَتِكَ، وَاَخْرِجْ حُبَّ الدُّنْيا مِنْ قُلُوبِنا كَما فَعَلْتَ بِالصّالِحينَ مِنْ صَفْوَتِكَ، وَالاَبْرارِ مِنْ خاصَّتِكَ، بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ وَيا اَكْرَمَ الاْكْرَمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!