HƏZRƏT İMAM HƏSƏNİN (ə) ƏXLAQI

:

بسم الله الرحمن الرحيم
Bismillahir Rəhmanir Rəhim əlhəmdulillahir rəbbil aləmin və səlləllahu əla seyyidina və nəbiyyina Muhəmmədin və alihi əl-tahirin.
Salam əleykum əzizi müsəlman bacı və qardaşlarımız! İmamətin ikinci sönməz günəşi Həzrət İmam Həsən Müctəba (ə)-nın movlud günü ərəfəsindəyik, belə gözəl gün münasibəti ilə siz əzizləri təbrik edirik.

İmam Həsən (ə)-nin əxlaqı
İnsanın hidayət olub kamala yetişməsində əxlaq böyük bir vasitədir və əxlaqi təlimlərin işığında müvəqqəti dünyada yaşanan qısa ömrü cənnətə çevrimək olar. Mənəvi kamilliyə çatmaq üçün insana idrak lazımdır. İdrak bəzən mənəvi biliklərin öyrənilməsi, bəzəndə praktiki nümunələrin və başqa sözlə əxlaqi nümunələrin əldə edilməsi sayəsində yaranır. İslam dini təlimlərini anlamaq üçün ən yaxşı nümunələr: Quran, hədis və Məsum (ə)-ların həyatı və əxlaqi səciyyələri ola bilər. Məsum İmamlar (ə), xətalardan, günahdan və hər hansısa bir yalnış davranışlardan amanda qalmaları üçün insanların, xüsusən də sevdikləri və davamçıları üçün ən yaxşı mənəvi tərbiyəçilərdir. İmam Həsən (ə) insan üçün ən gözəl ülgudur və əxlaq müəllimi olmuşdur. İmam Müctəba (ə)-nın əxlaqi xüsusiyyətləri haqqında bir çox kitablar yazmaq mümkündür, lakin burada bir neçə rəvayəti qeyd etməklə kifayətlənəcəyik.
İmam Həsən (ə) çox mehriban, başqalarının ona qarşı etdikləri hörmətsizlikləri bağışlayan və şərəfli bir şəxsiyyət idi. Tez-tez başqalarının səhv davranışları müqabilində hidayət edici reaksiya verməsi və xoşəxlaq davranışları ilə xətakarın hərəkətini dəyişdirb hidayət olmasına səbəb olmuşdur
İmam Həsən (ə)-nin qonşuluğunda bir yəhudi ailəsi yaşayırdı. Yəhudi qonşunun evinin divarı çatlamış və çirkli su İmamın evinə nüfuz etmişdir. Bu hadisədən xeyli vaxt keçdikdən sonra, bir gün həmin yəhudi ailəsindən olan qadın kömək istəmək üçün İmamın evinə gəldikdə divarın çatlamasını və çirkli suyun axmasının, İmamın evinin çirklənməsinə səbəb olduğunu görür. Bu vaxta qədər yəhudi ailəsi belə xoşagəlməz hadisənin baş verməsindən xəbərdar deyildi. Dərhal ərinin yanına gedərək onu məlumatlandırır. Yəhudi kişi İmamın yanına gələrək səhlənkarlığına görə üzr istəyir, İmamın bu müddət ərzində susduğuna və heç nə demədiyinə görə utandığını bildirir. Daha da xəcalətli olmaması üçün İmam Həsən (ə) buyurur: "Babam Rəsulullah (s)-dan eşitmişəm ki, qonşularimizla mehriban olaq." Sonra isə yəhudi evinə qayıdaraq xanımı və uşaqlarinın əlindən tutub İmamın yanına gəlir, İslamı qəbul etmək istədiklərini bildirərək İmam Həsən (ə)dən onları İslam dininə gətirməyini xahiş edir.1 Həmçinin İmam Həsən (ə) Allaha-taalaya olan məhəbbəti və Allahın bəndələri ilə xoş rəftar etməsi dillər əzbəri olmuş, hətta Allaha xatir heyvanlara da məhəbbət bəsləyərmiş.
Bir gün İmam Həsən (ə) səfər əsnasında yol kənarında dayanıb, ətrafında olanlarla birlikdə yemək yeyərkən, bir köpək gəlib Həzrətin qarşısinda durur. Həzrət hər dəfə bir tikə yeməkdən yedikləri zaman bir tikəsini də köpəyə verirdi. İmam Həsən (ə)-in yanında olanlardan bir nəfər soruşdu: “Ey Allah Rəsulunun övladı! İcazə verin bu heyvanı sizin yanınızdan uzaqlaşdırım." İmam buyurdu:
"دَعْهُ إِنِّی لَأَسْتَحْیِی مِنَ اللَّهِ عَزَّ وَ جَلَّ أَنْ یَکُونَ ذُو رُوحٍ یَنْظُرُ فِی وَجْهِی وَ أَنَا آکُلُ ثُمَّ لَا أُطْعِمُهُ"
"Xeyir, dəyməyin! Allah-taalanın qarşısında xəcalətli olarm, bir halda ki, yemək yeməklə məşğul oluram, bu heyvan üzümə baxır və mən onu yedizdirməliyəm".2

Hazırladı: Elçin Səfaquliyev


1. Tuhəffətul-vaizin, c.2, səh.106
2. Biharul-ənvar, c.43, səh.352

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!