İMAM HƏSƏN(ə)İN FİKRİ-SİYASİ TARİXİ - 1

:

Biz burada Əhli-beytin (ə) bir üzvü olan – şiələrin ikinci imamı həzrət Həsən Müctəbanın (ə) məzlumiyyəti haqda söz açacağıq. O həzrət doğrudan da, tarixin zülm və haqsızlığına uğramış – bəşəriyyət və İslam düşməni olan Əməvi hakimlərinin şayiələri və özlərini hakim dairələrə satmış alimlərin qərəzli mövqeyi nəticəsində – misilsiz şəxsiyyəti, eləcə də, qısamüddətli hakimiyyət dövründə yürütdüyü siyasətinin əsas xətti tanımadan gizli qalmışdır.

Nəql edilən bir rəvayətə əsasən, imam Həsən (ə) dünyaya gəldikdə, Əmirəl-Möminin Əli (ə) onun adını “Hərb” qoymaq istəyir, lakin Peyğəmbər “Hərb nədir?” (“Ə-təbəqatul-kubra”, İbn Səd, “Turasuna”, nömrə: 11, s. 126) – deyə etiraz etdikdə, onun adını “Həsən” qoyur.
İmam Əlinin (ə) bu ifadədən istifadə etməsi o həzrətin şəxsiyyətini müxtəlif cəhətlərdən sual altında qoyur. O cümlədən:
O, şücaətli bir döyüşçü deyildi, lakin döyüşə göstərdiyi maraq onun təbiətində olduğundan, demək olar ki, o, qəzəbli və macəra axtarışında olan şəxsiyyətə sahib idi. (Bu fikri Cahizdən nəql edilmişdir.)
Həqiqətən də, İmamın belə bir şəxsiyyətə malik olduğunu təsəvvür etmək sadəlövhlükdür. Belə ki, bəşəriyyət tarixinə özünün təəccüb doğuran insansevərliyi və həssaslığı ilə xüsusi gözəllik bağışlayan belə şəxsiyyətə xaincəsinə vəsfolunma yaraşmır. O həzrət döyüş meydanında qəhrəman bir əsgər, amma yenilən düşmən qarşısında tərifəlayiq əfv sahibi, pərişan dul qadın və yetim uşaqları bəsləyən və dərdlərinə ortaq olan bir şəxs idi. Bu özü yaranışın heyrətləndirici xüsusiyyətidir ki, bir insan hərtərəfli (ictimai) sifətlərə sahib olsun və xüsusi bir sifət onun şəxsiyyətinə qələbə çalmasın. Cahiz və onun kimilər Bəni-Üməyyənin camaatın gözləri önündə sərgilədiyi təfəkkür tərzinin təsirilə Əmirəl-Möminin Əli (ə) kimi şəxsiyyətin bütün xüsusiyyətlərini doğru şəkildə vəsf edə bilməzdilər; xüsusilə də, Həzrətin bu adı imam Hüseynə (ə) qoyması barəsində də israr etdiyini söylədikləri halda (bunu təsəvvür edin).
İmam Həsən (ə) Rəsulullah (s) kimi böyük bir peyğəmbərin imam Əli (ə) və xanım Zəhra (ə) kimi ata və ananın qucağında böyümüşdü. Peyğəmbər ona (Həsənə) və qardaşı Hüseynə “oğlum” – deyə xitab edir və gələcəkdə Bəni-Üməyyə, Bəni-Abbas və Əhli-beytin əleyhinə xilafəti ələ keçirməklə bağlı təbliğat (“Əl-həyatus-siyasiyyə lil-imamil-Həsən (ə)”, Əllamə Seyid Cəfər Mürtəza, s. 27) apara bilən professional və mütəxəssis siyasətçilərin Əmirəl-Möminin Əli (ə), imam Həsən (ə) və imam Hüseynin (ə) Peyğəmbərə (s) çatan ruhi və qohumluq əlaqələrini zədələyə və Əhli-beytin sevgisini xalqın ürəyindən çıxara bilməmələri üçün bu məsələyə çox israr edir və onu açıq-aşkar vurğulayırdı.
“Mübahilə” ayəsində “oğullarımız” (“Ali-İmran” surəsi, ayə: 61) təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi də onlar üçün əbədi bir iftixar olub zati paklıq və müqəddəsliklərini göstərən digər bir sənəddir. “Təthir” ayəsinin onların (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-səlam) haqqında nazil olması bu məsələyə daha çox təkid edirdi, belə ki, İmam da həmişə ona işarə edirdi.  (“Ə-təbəqatul-kubra”, İbn Səd, s. 167; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 1, s. 538)
Ənəs ibn Malikin də nəql etdiyi kimi, Əhli-beyt üzvləri içərisində onun qədər Rəsulullaha (s) bənzəyən bir şəxs yox idi. (“Tarixi Əbu Zərə Dəməşqi”, c. 2, s. 587) Rəsulullah (s) ən gözəl təbirlərlə onu mədh edir və elə üstün tuturdu ki, Əhli-beytin düşmənləri belə, sonralar Rəsulullahın (s) onunla necə davrandığını xatırladıqlarında, istər-istəməz o həzrətə qarşı dərin ehtiram bəsləyir və qarşısında hörmətlə dayanırdılar.
Ümeyr ibn İshaq deyir: “Əbu Hüreyrənin Həsən ibn Əli (ə) ilə qarşılaşaraq belə dediyini gördüm: “Köynəyini qaldır ki, Rəsulullahın (s) öpdüyü yeri mən də öpüm. İmam köynəyini qaldırdı və Əbu Hüreyrə də o həzrətin bədənini öpdü.” (“Əl-müsnəd”, Əhməd ibn Hənbəl, c. 2, s. 427-448; “Əl-mocəmul-kəbir”, Təbrani, c. 3, s. 19, hədis; 2580; “Əl-müstədrək”, Hakim, c. 3, s. 168; “Siyeru əlamin-nubəla”, Zəhəbi, c. 3)
Əbu Hüreyrənin bu və buna bənzər rəftarı Peyğəmbərin (s) o həzrəti tərifləməsi və ona göstərdiyi məhəbbət qarşısında gözlənilməz və qeyri-adi bir şey deyil. Eyni zamanda, Peyğəmbər (s) onun haqqında belə buyurmuşdur: “Əgər ağıl insan şəklinə girmək istəsəydi, şübhəsiz, Həsənin şəklində zahir olardı.” (“Fəraidus-səmteyn”, c. 2, s. 68)
Rəsulullahın (s) bu iki qardaşı üstün tutması və onları əzizləməsi sırf qohumluq səbəbindən qaynaqlanmırdı. Bunun başqa bir səbəbi vardı. Həzrət Peyğəmbər (s) bütün bunlarla imam Həsən Müctəbanın (ə), öz Əhli-beytinin xilafət və rəhbərliyi ilə bağlı həqqaniyyətini sübut etmək istəyirdi.
Əmirəl-Mömininin Əlinin (ə) şəhadətindən sonra imam Həsən Müctəba (ə) minbərdə danışaraq camaatı onunla beyət etməyə təşviq etdikdə, hərəkətverici qüvvəyə ehtiyaclı idi ki, “Əzd” qəbiləsindən olan biri nəfər fəryad edərək: “Rəsulullahın (s) Həsən ibn Əlini yanında əyləşdirib belə buyurduğunu eşitdim: “Məni sevən hər kəs onu (Həsəni) da sevməlidir. Bunu eşidənlər eşitməyənlərə çatdırsınlar. Əgər Rəsulullahın (s) əmri olmasaydı, bunu kimsəyə söyləməzdim!” – deyib öz yerində oturdu. (“Ət-tarixul-kəbir”, Buxari, c. 3, s. 428; “Əl-müsnəd”, Əhməd ibn Hənbəl, c. 5, s. 366; “Əl-müstədrək”, Hakim, c. 3, s. 173; “Ət-təbəqatul-kubra”, İbn Səd, (“Turasuna”, nömrə: 11, s. 138))
O həzrətə beyət edilməsi səbəblərindən biri, şübhəsiz, bu hədis idi. Amma sonralar yeri gəldikdə ona işarə edəcəyimiz səbəblərdən o həzrəti himayə etməkdə zəiflik göstərdilər. Əmirəl-Möminin Əlinin (ə) oğlu ünvanında imam Həsənə (ə) məhəbbət göstərməklə yanaşı, onun və qardaşının Peyğəmbər (s) nəslinin davam etdirilməsi üçün yaşamalarının zəruriliyi baxımından döyüşlərdə iştirakına icazə verməsə də, özü döyüşün qızğın yerində düşmənlə vuruşurdu. (Bax: “Rəbiul-əbrar”, Zəməxşəri, c. 3, s. 537)

İMAM HƏSƏNİN (Ə) CƏMƏL, SİFFEYN VƏ NƏHRƏVAN DÖYÜŞLƏRİNDƏ İŞTİRAKI
İmamın “Nakisin”lə döyüşündəki təsirli rolu onun cəmiyyətdəki siyasi üstünlüyünü təmin edən ən əhəmiyyətli səhnələrdən biri idi. Əmirəl-Möminin Əli (ə) Nakisinin haqq olan islami hökumətə qarşı qiyamı barəsində Kufə xalqını məlumatlandırmaq və Əmirəl-Möminin Əlini (ə) “Cəməl” səhabələrinə qarşı müdafiə etmələri üçün imam Həsəni (ə) öz nümayəndəsi olaraq Kufəyə göndərdi. (“Vəqətu Sitfeyn”, Nəsr ibn Müzahim, s. 15) O həzrət əvvəlcə “qan axıdılmasını önləmək” bəhanəsilə camaatın Əmirəl-Möminin Əlinin (ə) dəvətini qəbul etməsinə mane olmaq istəyən Əbu Musa Əşərini ortadan qaldırdı (kənarlaşdırdı) və sonra coşğun və təhrikedici sözlərilə döyüşdə iştirak etmək üçün Kufə xalqından on min adamı bir yerə topladı.
İmam Həsən (ə) “Siffeyn” döyüşündə də camaatı Qasitinə qarşı təhrik etməkdə nəzərə çarpacaq şəkildə fəaliyyət göstərən döyüşçülərdən idi. İmam bircə dəfə Kufə əsgərlərini döyüşə və müqavimət göstərməyə təşviq etmək məqsədilə onlara belə xitab etdi: “Qarşınızda səf çəkib düzülən düşmənlərinizlə (Müaviyə və əsgərlərilə) döyüşməkdə əl-ələ verin və əsla süstlük göstərməyin; çünki süstlük qəlbin müqavimətini azaldır.”
İmamın “Cəməl” və “Siffeyn” əshabı (onlar arasında Osmanın tərəfdarları da vardı) qarşısındakı belə bir mövqe tutmasını qərəzli şəkildə qələmə alan tarixçilər ata və oğlu bir-birinin müqabilində qərar vermək və oğlu (imam Həsəni (ə)) iradəsiz, atanı (imam Əlini (ə)) isə müharibə tərəfdarı və qantökən kimi göstərmək istəmişlər. Tarixçilər o həzrətin arasını Osmanın ölümündə ittiham etdiyini yazırlar. (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, Mahmudinin təhqiqi, Beyrut çapı, c. 2, s. 12) Halbuki bütün tarixi mənbələrin verdikləri şəhadətə əsasən, imam Əli (ə) Osmanın qorunması üçün oğlu Həsəni (ə), Hüseyni (ə) və bir neçə səhabənin oğlunu Osmanın evinin önündə dayanaraq onu camaatın hücumundan qorumağa göndərdi, lakin camaatın müqaviməti önündə tab gətirə bilmədiklərindən Osman öldürüldü və atasının qınağına səbəb oldu.
Bu kimi kəslərin belə bir qənaətə gəlmək üçün faydalandıqları – Əməvi cahiliyyət mədəniyyətinin məhsulu olan – bəhanə Müaviyə ilə sülh məsələsidir. Bu hadisəni şərh edərkən bir sıra yalan sözlər uydurub hiylə və təhriflərə əl ataraq öz xeyirlərinə yozmağa çalışmışlar. Biz bu bəhsin davamında məcburi şəkildə qəbul etdirilən sülhə və İmamın məzlumiyyətinə toxunacağıq.
Peyğəmbərdən (s) nəql edilən “Həsən məndəndir, Hüseyn isə Əlidən!” (“Zəxairul-uqba”, s. 132) – kimi sözlərə söykənərək imam Həsəni(ə) Peyğəmbərin (s) kənarında və eyni siyasi mövqedə, Yezid və Əməvi hökuməti qarşısında dayanıb Kərbəla hadisəsini yaradan imam Hüseyni (ə) isə bəşəriyyət tarixinin böyük cinayətkarı Müaviyə ilə müharibə aparan imam Əli (ə) ilə bir yerdə qərar verməklə Peyğəmbər (s) ilə Əlinin (ə) siyasi xəttinin bir-birilə ayrı olduğunu göstərməyə çalışırlar.
Həmçinin yazırlar ki, imam Hüseyn (ə) qardaşına dedi: “Kaş ki, mənim qəlbim səndə, sənin dilin də məndə olaydı!” (“Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 243) Bu ibarə ilə də, müxtəlif prizmalardan yanaşılaraq imam Həsən (ə) haqqında yanlış bir fikir yaranmasına çalışdığını əziz oxucumuz diqqətinə çatdırırıq.
İmam Həsənin (ə) tamamilə atasının yolunda olduğunu və eynilə atasının hakimiyyətnin son ilində Müaviyənin Hicaz, İraq və Yəmən torpaqlarına təcavüz etməsini gördüyü halda, onun qarşısında heç bir iş görə bilmədiyini deməklə, qeyd edirik ki, imam Həsən (ə) də ondan daha çətin bir şəraitdə hökumətdən əl çəkmək və təkbaşına Mədinəyə getmək məcburiyyətində qaldı.
Digər tərəfdən də, Əmirəl-Möminin Əlinin (ə) müxaliflərinin yanlış təbliği, səs-küy və qışqırıqları nəticəsində ictimai sima qazanan Müaviyəyə hakimiyyətə gələrək çirkin üzündən niqabın götürülməsi və qorxunc Əməvi şəxsiyyətinin kimliyini göstərməsi üçün belə bir fürsətin verilməsi lazım idi ki, müsəlmanlar da İslamı himayə və dövləti idarə etmək iddiası edən qorxunc bir düşmənlə qarşı-qarşıya olduqlarını bilsin və onun İslamın inkişafı, İslam dövləti və ümmətinin formalaşması qarşısında təhlükəli bir maneəyə çevrilərək İslam və müsəlmanlar üçün “Bədr” və “Ühüd” kimi kədərli hadisələrin yaranmasına səbəb olan Əbu Süfyana bənzər bir şəxs olduğu anlaşılsın.

Kitabın adı: İmamların fikri-siyasi tarixi
Tərcümə edən: R. Zevinli və Q. Məmmədov
Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!