İMAM ƏLİNİN (ə) HƏYATI - IV hissə

:

HƏZRƏT ƏLİNİN (Ə) MEHRİBAN OLMASI

Əlinin (ə) müharibə meydanında gösrərdiyi qəhramanlıq və igidliyini müşahidə etdik, lakin qəhraman və qorxmaz bir insan əgər mərhəmətli və mehriban olmazsa, o qəhrəmanlığın heç bir dəyəri yoxdur.

O, müharibə meydanında yeridikdə yaralıların, acların və susuzların halına diqqət yetirirdi. Azğın düşmənləri öldürər, ac yaxud susuz bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüz gəldikdə isə ona rəhm edib, yarasını müalicə edərdi.

Düşmənlərlə qəhrəmanlıqla döyüşərdi. Lakin heç vaxt düşməni ac və susuz öldürməz, ev və ocaqlarını dağıtmazdı. Çünki o, belə rəftar və davranışın imana zidd olmasını bilirdi.

Məhz elə buna görə də Siffeyn müharibəsində suyu Müaviyə ordusunun əlindən almağa müvəffəq olduğu halda, əsgərlərinə əmr etdi ki, onu bağlamasınlar və düşmən əsgərləri sudan istifadə etmək istədikdə onlara mane olmasınlar.

Bu zaman Əlinin (ə) ordusunda olanlar etiraz edib dedi: “Düşmən bizi sudan uzaqlaşdıraraq bununla da bizləri təslim olmağa məcbur etmək istəyirdi. Əgər eyni işi biz də görsək, biz də mütləq müvəffəq olar, bu müharibədə qələbə çalarıq. Gərək bu fürsətdən istifadə edək.”

Əli (ə) onların cavabında belə buyurdu: “Yox, biz düşmənlə kişi kimi döyüşəcəyik. Biz belə işləri mərhəmət və şəfqətə zidd hesab edirik. Əgər onların gördüyü işi biz də görməli olsaq, o zaman onlarla aramızda olan fərq nədir? Bilin ki, bütün işlər Allah üçündür və biz də onun əmrinə zidd rəftar etməməliyik.”

Kitаbın аdı: On dörd məsumu tanıyaq

Tәrcümә еdәn: A. Fəsihi

Ardı var...

ARDINI BURADAN OXUYUN

Mətni səsləndirdi: ƏLİYEVA JALƏ
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!