ŞÜKÜR EDƏNLƏRİN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

Altıncı münacat:

ŞÜKÜR EDƏNLƏRİN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

İlahi əzhələni ən iqaməti şukrikə tətabu-u tavlikə, və ə`cəzəni ən ihsai sənaikə fəyzun fəzlikə, və şəğələni ən zikri məhamidikə təradufu əvaidikə, və ə`yani ən nəşri əvarifikə təvali əyadiikə, və haza məqamu məni`tərafə bisubuğin nə`mai və qabələha bit-təqsir, və şəhidə əla nəfsihi bil-ihmali vət-təzyii-i, və Əntər Rəufur Rahim, əl-Bərrul Kərim, əlləzi la yuxayyibu qasidihi vəla yətrudu ən finaihi əmliihi, bisahətikə təhuttu rihalur-raciinə, və bi ərsatikə təqifu əmalul mustərfidiin, fəla tuqabil əmaləna bit-təxyiibi vəl iyas, vəla tulbisna sirbaləl qunuti vəl iblas, İlahi təsağəra ində təazumil-əikə şukri və təzaələ fi cənbi ikramikə iyyayə sənai və nəşri, cəllələtni niəmukə min ənvaril-imani hulələn, və zarabət ələyyə lətaifu birrikə minəl izzi kilələn, və qallədətni minənukə qaləidə la tuhəllu, və tavvəqatni ətvaqən tufəllu fəlukə cəmmətun zaufə lisani ən ihsaiha, və nəmaukə kəsiratun qasurə fəhmi ən idrakiha fəzlən ənis tiqsaiha, fəkəyfə li bitəhsiliş-şukri və şukri iyyakə yəftəqiru ila şukr, fə-kulləma qultu ləkəl həmdu vəcəbə lizalikə ən əqulə ləkəl həmdu, İlahi fəkəma qultu ğazzəytəna bilutfikə və rabbəytəna bisun-ikə fətəmmim ələyna səvabiğən-niəmi vədfə` ənna məkarihən-niqəmi, və a-tina min huzuzid darəyni ərfə-əha və əcəlləha acilən və acila, və ləkəl həmdu əla husni bəlaikə və subuuği nə`maikə həmdən yhuvafiqu rizakə, və yəmtəril əzimə min birrikə və nədakə, ya Əzimu ya Kərim, birahmətikə ya Ərhəmər rahimin.

ŞÜKÜR EDƏNLƏRİN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, nemətlərinin ardıcıl verilməsi Sənə şükür etməyi mənə unutdurmuş, Sənin lütf və mərhəmətinin çoxluğu məni həmd-sənanı yerinə yetirməkdə aciz etmiş, ardıcıl mehribanlıq və ehsanın məni camal sifətlərini yad etməkdən saxlamış və bir-birinin ardınca göstərdiyin mərhəmət yaxşılıqlarını bəyan edib söyləməkdə məni qüdrətsiz etmişdir. Bu acizlik saysız nemətlərin bolluğuna etiraf edən, onların şükrünü layiqincə yerin yetirə bilməyən və öz nəfsinin əleyhinə şəhadət verənlərin məqamına aiddir. Sən isə, Sənə üz tutanları məhrum etməyəcək və dərgahına ümid bəsləyənləri özündə kənarlaşdırmayacaq qədər mehriban və rəhimli, xeyirxah və kərimsən. Ey müqəddəsliyinin doğruluğuna bütün ümidvar olanların istinad etdiyi və əta etməsinə bəxşiş tələb edənlərin arxalandığı kəs! Sənə bəslədiyimiz ümidləri məyusluqla üzləşdirərək onlara naümidlik (təəssüf) libası geyindirmə! İlahi, Sənin böyük nemətlərin qarşısında mənim yerinə yetirdiyim şükür həddən artıq az, əta etdiyin ehsanlar müqabilində həmd-sənam dəyərsizdir. Bəxş etdiyin iman neməti məni gözqamaşdırıcı daş-qaşlarla zinətləndirmiş, lütf və kərəminin lətifliyi başıma izzət tacı qoymuş, ehsanların Sənə məhəbbət yaradaraq boynuma bir daha açılmayacaq şərafət boyunbağı keçirmişdir. Sənin nemətlərin o qədər çoxdur ki, dilim onları saymaqda aciz və elə bir həddədir ki, ağlım onu dərk etməkdə naqis və qüsurludur, hələ onların hamısının miqdarını bilmək mümkünsüzdür. Belə isə, onların şükrünü yerinə yetirmək zəruri olduğu halda, mən onların şükrünü necə yerinə yetirim?! Halbuki Sənə şükür dedikdə, onun da (deyilən şükürün də) şükrü var. İlahi, başlanğıcda bizi lütfünlə qidalandırıb hikmət və xilqət beşiyində böyütdüyün kimi, sonsuz nemətlərini bizə tamamla, şiddətli intiqamını bizlərdən kənarlaşdırıb dəf et və bizə hər iki aləmdə (dünya və axirətdə) ən üstün və böyük nemət və ləzzətləri əta et! Bol nemətlərin, gözəl imtahan və bəlalarınla yanaşı, bəyəndiyin həmd və sitayiş yalnız Sənə məxsusdur, ehsan və bəxşişlərinin böyüklüyü də bizi əhatə edir. Səni səsləyirəm, ey böyük, ey kərim! Rəhmətinə xatir bizə rəhm et, ey mehribanların ən mehribanı!

ŞÜKÜR EDƏNLƏRİN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة الشاکرین

بسم الله الرحمن الرحیم

اِلـهي اَذْهَلَني عَنْ اِقامَةِ شُكْرِكَ تَتابُعُ طَوْلِكَ، وَاَعْجَزَني عَنْ اِحْصاءِ ثَنائِكَ فَيْضُ فَضْلِكَ، وَشَغَلَني عَنْ ذِكْرِ مَحامِدِكَ تَرادُفُ عَوائِدِكَ، وَاَعْياني عَنْ نَشْرِ عَوارِفِكَ تَوالي اَياديكَ، وَهذا مَقامُ مَنِ اعْتَرَفَ بِسُبُوغِ النَّعْماءِ وَقابَلَها بِالتَّقْصيرِ، وَشَهِدَ عَلى نَفْسِهِ بِالاِْهْمالِ وَالتَّضْييعِ، وَاَنْتَ الرَّؤوفُ الرَّحيمُ الْبَّرُ الْكَريمُ، الَّذي لا يُخَيِّبُ قاصِديهِ وَلا يَطْرُدُ عَنْ فِنائِهِ امِليهِ، بِساحَتِكَ تَحُطُّ رِحالُ الرّاجينَ، وَبِعَرْصَتِكَ تَقِفُ امالُ الْمُسْتَرْفِدينَ، فَلا تُقابِلْ امالَنا بِالتَّخْييبِ وَالاِْياسِ، وَلا تُلْبِسْنا سِرْبالَ الْقُنُوطِ وَالاْبْلاسِ، اِلـهي تَصاغَرَ عِنْدَ تَعاظُمِ الائِكَ شُكْري وَتَضاءَلَ في جَنْبِ اِكْرامِكَ اِيّايَ ثَنائي وَنَشْري، جَلَّلَتْني نِعَمُكَ مِنْ اَنْوارِ الاْيمانِ حُلَلاً، وَضَرَبَتْ عَلَيَّ لَطائِفُ بِرّكَ مِنَ الْعِزِّ كِلَلاً، وَقَلَّدَتْني مِنَنُكَ قَلائِدَ لا تُحَلُّ، وَطَوَّقَتْني اَطْواقاً لا تُفَلُّ فَآلاؤُكَ جَمَّةٌ ضَعُفَ لِساني عَنْ اِحْصائِها، وَنَعْماؤُكَ كَثيرَةٌ قَصُرَ فَهْمي عَنْ اِدْراكِها فَضْلاً عَنِ اسْتِقْصائِها، فَكَيْفَ لي بِتَحْصيلِ الشُّكْرِ وَشُكْري اِيّاكَ يَفْتَقِرُ اِلى شُكْر، فَكُلَّما قُلْتُ لَكَ الْحَمْدُ وَجَبَ لِذلِكَ اَنْ اَقُولَ لَكَ الْحَمْدُ، اِلـهي فَكَما غَذَّيْتَنا بِلُطْفِكَ وَرَبَّيْتَنا بِصُنْعِكَ فَتَمِّمْ عَلَيْنا سَوابِـغَ النِّعَمِ وَادْفَعْ عَنّا مَكارِهَ النِّقَمِ، وَآتِنا مِنْ حُظُوظِ الدّارَيْنِ اَرْفَعَها وَاَجَلَّها عاجِلاً وَآجِلاً، وَلَكَ الْحَمْدُ عَلى حُسْنِ بَلائِكَ وَسُبُوغِ نَعْمائِكَ حَمْداً يُوافِقُ رِضاكَ، وَيَمتَرِى الْعَظيمَ مِنْ بِرِّكَ وَنَداكَ، يا عَظيمُ يا كَريمُ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!