TƏVƏSSÜL ƏHLİNİN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

Onuncu münacat:

TƏVƏSSÜL ƏHLİNİN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

İlahi ləysə li vəsilətun iləykə illə əvatifu ra`fətikə, və la li zəriətun iləykə illə əvarifu rahmətikə, və şəfaətu nəbiyyikə nəbiyyur rahməh, və munqizil umməti minəl ğummət, fəc-əlhumə li səbəbən ilə nəyli ğufranikə, və sayyirhuma lii vuslətən iləl fəvzi birizvanikə, və qad həllə racaii bihərəmi kəramikə, və hətta təməi bifinai cudikə, fə həqqiq fikə əməli, vəxtim bil xayri əməli, vəc-əlni min safvətikəl ləzinə əhləltəhum buhbuhətə cənnətikə, və bəvvətəhum darə kəramətikə, və əqrartə ə`yunəhum binnəzəri iləykə yəvmə liqaikə, və əvrastəhum mənaziləs sidqi fii civarikə, ya mən la yəfidul vafidunə əla əkramə minhu, vəla yəcidul qasidunə ərhəmə minhu, ya xayra mən xaləbihi vəhiidun, və ya ə`tafə mən əva iləyhi taridun, ilə sə-əti əfvikə mədədtu yədi, və bizəyli kəramikə ə`ləqtu kəffi, fəla tuuliniil hirmanə, vəla tublini bil xaybəti vəl xusrani, ya Səmiəd-duai ya Ərhəmər rahimin.

TƏVƏSSÜL ƏHLİNİN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, Sənə doğru gəlməkdə mehribanlığından başqa, mənim üçün bir vasitə və hər iki aləmdə (dünya və axirətdə) ümməti əzab-əziyyətdən qoruyacaq rəhmət Peyğəmbərinin bəxşiş və şəfaətindən savayı bir vasitəçi yoxdur. (İlahi!) Bu ikisini mənim üçün bağışlamağına nail olmaq, səadət, qurtuluş və razılığına qovuşmaq üçün bir səbəb et. Həqiqətən, ümidim Sənin kərəminin məbədində mənzil salmış və gözlərim tamahla Sənin ehsan (və səxavət) dərgahına dikilmişdir. İlahi, Sənə bəslədiyim ümid və arzularımı həyata keçirərək sonumu xeyirlə bitir və məni Öz cənnətində yer verərək seçəcəyin, rəhmət və kəramət mənzilində məqam verəcəyin, Səninlə görüş (qiyamət) zamanı camalını müşahidə etməklə gözlərini aydınlaşdıracağın və Öz yanında onları həqiqət mənzillərinin varisi təyin edəcəyin kəclərdən et! Ey kimsənin səndən daha kərimlisini görmədiyi, hacəti olanların Səndən daha rəhimlisini tapmadığı! Ey kimsəsizlərə gizlində yardımı ilə haqq yolu göstərənlərin ən yaxşısı! Ey qaçanların sığındığı şəxslərin ən mehribanı! İlahi, mən sənin geniş əfvinə doğru əllərimi ümidlə açmış, Sənin kərəminin ətəyindən yapışmışam! Belə isə, məni ümidsizlik və ziyana uğramaqla bəlaya (imtahana) giriftar etmə, ey məxluqatın duasını eşidən, ey mehribanların ən mehribanı!

TƏVƏSSÜL ƏHLİNİN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة المتوسلین

بسم الله الرحمن الرحیم

اِلـهي لَيْسَ لي وَسيلَةٌ اِلَيْكَ اِلاّ عَواطِفُ رَأفَتِكَ، وَلا لي ذَريعَةٌ اِلَيْكَ اِلاّ عَوارِفُ رَحْمَتِكَ، وَشَفاعَةُ نَبِيِّكَ نَبِيِّ الرَّحْمَةِ، وَمُنْقِذِ الاُْمَّةِ مِنَ الْغُمَّةِ، فَاجْعَلْهُما لي سَبَباً اِلى نَيْلِ غُفْرانِكَ، وَصَيِّرْهُما لي وُصْلَةً اِليَ الْفَوْزِ بِرِضْوانِكَ، وَقَدْ حَلَّ رَجائي بِحَرَمِ كَرَمِكَ، وَحَطَّ طَمَعي بِفِناءِ جُودِكَ، فَحَقِّقْ فيكَ اَمَلي، وَاخْتِمْ بِالْخَيْرِ عَمَلي، وَاجْعَلْني مِنْ صَفْوَتِكَ الَّذينَ اَحْلَلْتَهُمْ بُحْبُوحَةَ جنَّتِكَ، وَبوَّأْتَهُمْ دارَ كَرامَتِكَ، وَاَقْرَرْتَ اَعْيُنَهُمْ بِالنَّظَرِ اِلَيْكَ يَوْمَ لِقائِكَ، وَاَوْرَثْتَهُمْ مَنازِلَ الصِّدْقِ في جِوارِكَ، يا مَنْ لا يَفِدُ الْوافِدُونَ عَلى اَكْرَمَ مِنْهُ، وَلا يَجِدُ الْقاصِدُونَ اَرْحَمَ مِنْهُ، يا خَيْرَ مَنْ خَلا بِهِ وَحيدٌ، وَيا اَعْطَفَ مَنْ اَوى اِلَيْهِ طَريدٌ، اِلى سَعَةِ عَفْوِكَ مَدَدْتُ يَدي، وَبِذَيْلِ كَرَمِكَ اَعْلَقْتُ كَفّي، فَلا تُولِنِي الْحِرْمانَ، وَلا تُبْلِني بِالْخَيْبَةِ وَالْخُسْرانِ، يا سَميعَ الدٌّعاءِ يا اَرْحَمَ الرّحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!