ÜMİD BƏSLƏYƏNLƏRİN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

Dördüncü münacat:

ÜMİD BƏSLƏYƏNLƏRİN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

 Ya mən iza sə-ələhu əbdun ə`tahu, və iza əmmələ ma indəhu bəlləğəhu munahu, və iza əqbələ ələyhi qərrəbəhu və ədnahu, və iza cahərəhu bil isyani sətərə əla zənbihi və ğəttahu, və iza təvəkkələ ələyhi əhsəbəhu və kəfahu, İlahi minəl ləzi nəzələ bikə multəmisən qirakə fəma qaraytəhu, və mənil ləzi ənaaxa bibabikə murtəciyən nədakə fəma əvləytəhu, əyəhsunu ən ərciə ən babikə bilxaybəti məsruufən və ləstu ə`rifu sivakə məvlən bil ihsani məvsufən, kəyfə ərcu ğayrakə vəl xayru kulluhu biyədikə, və kəyfə uvəmmilu sivakə vəl xalqu vəl əmru ləkə, ə-əqtəu rəcai minkə vəqad əvləytəni ma ləm əs-əlhu min fəzlikə əm tufqiruni ila misli və ənə ə`təsimu bihəblikə, ya mən səidə birahmətihil qasidun, və ləm yəşqa biniqmətihil mustəğfirunə, kəyfə ənsakə və ləm təzəl zakiri, və kəyfə əlhu ənkə və əntə muraqibi, İlahi bizəyli kəramikə ə`ləqtu yədi, və linəyli ətayakə bəsəttu əməli, fəxlisni bixalisəti təvhidikə, vəc`əlni min safvəti əbidikə, a mən kullu haribin iləyhi yəltəciyu, və kullun talibu iyyahu yərtəci, ya xayrə mərcuvvin və ya əkramə məd`uvvun, və ya mən la yəruddu sailəhu və la yuxayyibu əmiləhu, ya mən babuhu məftuhun lida-iihi, və hicabuhu mərfu-un liraciihi, əs-əlukə bikəramikə ən təmunnə ələyyə min ətaikə bima təqirru bihi əyni, və min rəcaikə bima tətməinnu bihi nəfsi, və minəl yəqini bima tuhəvvinu bihi ələyyə musiibaatid dunya, və təclu bihi ən bəsirati ğəşəvatil əma, birahmətikə ya Ərhəmər rahimin.

ÜMİD BƏSLƏYƏNLƏRİN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, ey bəndə ondan (bir şey) istədikdə, ona əta edən, Onun dərgahında olanlara ümidvar olduqda, ümid bəslədiyini ona çatdıran, Ona üz tutduqda, bəndəsini Özünə yaxınlaşdıran, bəndə günah və üsyankarlıq Onu tərk etdikdə, günahlarına pərdə çəkib gizlədən, Ona təvəkkül etdikdə, kifayət edən! İlahi, Sənin ehsanını istədikdə, Sənin ona ehsan etmədiyin şəxs kimdir (elə bir şəxs varmı)?! Mərhəmətinə ümid bəsləyərək Sənə üz tutduqda, ondan məhrum etdiyin bir şəxs varmı?! Səndən başqa, mərhəmət və lütfü ilə məşhur olan mövlanı tanımadığım halda, Sənin dərgahından naümid qayıtmağım layıqdirmi?! Bütün xeyirlər Sənin ixtiyarında olduğu halda, başqasına necə ümid bəsləyim?! Məxluqatı yaratmaq və onlarla bağlı hökm Sənə məxsus olduğu halda, başqasına necə ümidvar olum?! İstəmədiyimə baxmayaraq, mənə Öz lütf və mərhəmətindən əta etdiyin halda, Səndən ümidimi üzməliyəmmi?! Sənin ipinə sarıldığım halda, məni özüm kimisinə möhtac edərsənmi?! Ey rəhməti sayəsində onu qəsd edənləri xoşbəxt edən, tövbə edənləri şiddətli intiqam və cəzasına mübtəla etməyən! Daim məni yad etdiyin halda, Səni necə unuda bilərəm?! Halıma nəzarət etdiyin halda, Səndən necə qafil ola bilərəm?! İlahi, Sənin kərəminə sığınaraq ətəyindən tutmuş, əlimi əta etdiklərinə doğru açmışam! Belə isə, məni tövhid məqamında saflaşdır və Öz seçilmiş bəndələrindən et! Ey, bütün (qorxub) qaçanların yalnız sığındığı kəs! Səni istəyənlərin hamısı yalnız Sənə ümid bəsləyər, ey ümid edilənlərin ən yaxşısı, ey çağırılanların ən kərimi, ey ondan bir şey istəyənləri geri çevirməyən, arzu edənləri məyus etməyən! Ey (rəhmət) qapısı bütün dua edənlərin (Onu çağıranların) üzünə açıq və Ona müraciət edənlərdən (aradakı) maneəsi götürülən! Sənə and verirəm kəramətini ki, mənə minnət qoyaraq gözümü aydınlaşdıracaq qədər nemət, qəlbimin xatircəm olacağı qədər ümid, dünya müsibətlərinin mənim üçün asan olmasını təmin edəcək qədər yəqin və gözlərimdən cəhalət və batil pərdələrini qaldıracaq qədər bəsirət verməyini diləyirəm. Rəhmətinə xatir onları mənə əta et, ey mehribanların ən mehribanı!

ÜMİD BƏSLƏYƏNLƏRİN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة الراجین

بسم الله الرحمن الرحیم

يا مَنْ اِذا سَأَلَهُ عَبْدٌ اَعْطاهُ، وَاِذا اَمَّلَ ما عِنْدَهُ بَلَّغَهُ مُناهُ، وَاِذا اَقْبَلَ عَلَيْهِ قَرَّبَهُ وَاَدْناهُ، وَاِذا جاهَرَهُ بِالْعِصْيانِ سَتَرَ عَلى ذَنْبِهِ وَغَطّاهُ، وَاِذا تَوَكَّلَ عَلَيْهِ اَحْسَبَهُ وَكَفاهُ، اِلـهي مَنِ الَّذي نَزَلَ بِكَ مُلْتَمِساً قِراكَ فَما قَرَيْتَهُ، وَمَنِ الَّذي اَناخَ بِبابِكَ مُرْتَجِياً نَداكَ فَما اَوْلَيْتَهُ، اَيَحْسُنُ اَنْ اَرْجِعَ عَنْ بابِكَ بِالْخَيْبَةِ مَصْرُوفاً وَلَسْتُ اَعْرِفُ سِواكَ مَوْلىً بِالاْحْسانِ مَوْصُوفاً، كَيْفَ اَرْجُو غَيْرَكَ وَالْخَيْرُ كُلُّهُ بِيَدِكَ، وَكَيْفَ اُؤَمِّلُ سِواكَ وَالْخَلْقُ وَالاَْمْرُ لَكَ، أَاَقْطَعُ رَجائي مِنْكَ وَقَدْ اَوْلَيْتَني ما لَمْ اَسْأَلْهُ مِنْ فَضْلِكَ اَمْ تُفْقِرُني اِلى مِثْلي وَاَنـَا اَعْتَصِمُ بِحَبْلِكَ، يا مَنْ سَعِدَ بِرَحْمَتِهِ الْقاصِدُونَ، وَلَمْ يَشْقَ بِنِقْمَتِهِ الْمُسْتَغْفِرُونَ، كَيْفَ اَنْساكَ وَلَمْ تَزَلْ ذاكِري، وَكَيْفَ اَلْهُو عَنْكَ وَاَنْتَ مُراقِبي، اِلـهي بِذَيْلِ كَرَمِكَ اَعْلَقْتُ يَدي، وَلِنَيْلِ عَطاياكَ بَسَطْتُ اَمَلي، فَاَخْلِصْني بِخالِصَةِ تَوْحيدِكَ، وَاجْعَلْني مِنْ صَفْوَةِ عَبيدِكَ، يا مَنْ كُلُّ هارِب اِلَيْهِ يَلْتَجِئُ، وَكُلُّ طالِب اِيّاهُ يَرْتَجي، يا خَيْرَ مَرْجُوٍّ وَيا اَكْرَمَ مَدْعُوٍّ، وَيا مَنْ لا يَرُدُّ سائِلَهُ وَلا يُخَيِّبُ امِلَهُ، يا مَنْ بابُهُ مَفْتُوحٌ لِداعيهِ، وَحِجابُهُ مَرْفُوعٌ لِراجيهِ، اَسْاَلُكَ بِكَرَمِكَ اَنْ تَمُنَّ عَلَيَّ مِنْ عَطائِكَ بِما تَقِرُّ بِهِ عَيْني، وَمِنْ رَجائِكَ بِما تَطْمَئِنُّ بِهِ نَفْسي، وَمِنَ الْيَقينِ بِما تُهَوِّنُ بِهِ عَلَيَّ مُصيباتِ الدُّنْيا، وَتَجْلُو بِهِ عَنْ بَصيرَتي غَشَواتِ الْعَمى، بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!