ZİKR EDƏNLƏRİN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

On üçüncü münacat:
ZİKR EDƏNLƏRİN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

İlahi! Ləvləl vacibu min qəbuli əmrikə lənəzzəhtukə min zikri iyyakə əla ən zikri ləkə biqadri la biqadrikə, və ma əsa ən yəbluğə miqdari hətta uc`ələ məhəllən litəqdisikə, və min ə`zamin niəmi ələyna cərəyanu zikrikə əla əlsinətina, və iznikə ləna biduaikə və tənzihikə və təsbihikə, İlahi fəlhimna zikrakə fil xalai vəl məlai vəl ləyli vən nəhari, vəl e`lani vəl israri, və fis sərrai vəz zərrai, və anisna biz zikril xafiyyi, vəstə`milna bil əməliz zəkiyyi, vəs sə`yil mərziyyi, və cazina bil mizanil vəfiyyi, İlahi bikə hamətil qulubul valihətu, və əla mə`rifətikə cumiətil uqulul mutəbayinətu, fəla tətməinnul qulub illə bizikrikə, vəla təskunun nufusu illa ində ru`yakə, Əntəl musəbbəhu fi kulli məkanin,vəl mə`budu fi kulli zəmanin, vəl məvcudu fi kulli əvanin, vəl məduvvun bikulli lisanin, vəl muəzzəmu fi kulli cənanin, vəstəğfirukə min kulli ləzzətin bi ğayri zikrikə, və min kulli rahətin biğayri unsikə, və min kulli sururi biğayri qurbikə, və min kulli şuğlin biğayri taətikə, İlahi Əntə qultə və qəvlukəl həqq “ya əyyuhəl ləzinə əmənu uzkurullahə zikrən kəsirən və səbbihuhu bukrətən və əsilən” və qultə və qəvlukəl həqqu “fəzkuruni əzkurukum” fə əmərtəna bizikrikə və vəədtəna ələyhi ən təzkuranə təşrifən ləna və təfximən və i`zamən, vəha nəhnu zakirukə kəma əmərtəna, fənciz ləna ma vəədtəna, ya Zakirəl zakirinə və ya Ərhəmər rahimin.

ZİKR EDƏNLƏRİN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, Sənin əmrini qəbul etmək vacib olmasaydı, mütləq Səni öz dilimlə zikr etməkdən pak bilərdim. Çünki mənim zikrim Sənin məqamına layiq deyil, dərrakə və düşüncəm qədərdir və Səni təqdis edəcək (subbuhun-quddus deyəcək) qədər yaxın ola biləcəyimə ümidim yoxdur. Dilimizlə Sənin zikrini deməyimiz, Səni pak hesab etməyə icazə verməyin də bizə bəxş etdiyin böyük nemətlərdəndir. İlahi, gizli və aşkar, gecə və gündüz, asudəlik və çətinlik, zahir və batində Səni zikr etməyi və gizli zikrlə qəlbimizin Səni yad etməsini bizə ilham et! Bizi ixlaslı əməl və bəyənilən çalışqanlıqla məşğul et, kamil mizanla bizə mükafat ver. İlahi, valeh qəlblər yalnız Sənə aşiq və yalnız Sənə mərifətin sayəsində bir-birindən fərqlənən bütün ağıllar (düşüncələr) həmfikir olur! Qəlblər yalnız Sənin zikrinlə aram olar və nəfslər (ruhlar) yalnız Səni (camalını) müşahidə ilə sakitləşər. Hər bir məkanda (göy və yerdə) təsbih və hər bir zamanda ibadət olunan, hər zaman aləmin məbudu, həmişə mövcud olan, bütün dillərdə çağırılan, bütün qəlblərdə əzəmətlə yad edilən Sənsən. Sənin zikrindən başqa şeylərdən aldığım hər bir ləzzətdən, Səninlə ünsiyyətindən başqa duyduğum hər bir asayişdən, Sənin dərgahına yaxınlıq və Sənə itaətdən başqa yolla əldə etdiyim sevincdən ötrü Səndən bağışlanmaq diləyirəm. İlahi, müqəddəs kitabında buyurduğun və “Ey iman gətirənlər, Allahı çox-çox yad edin və gecə-gündüz Ona təsbih deyin!” – deyə söylədiyin kəlamın haqdır. “Məni yad (zikr) edin ki, Mən də sizi yad edim!” – deyə buyurubsan. Çünki Səni yad etmək bizə şərafət və izzət bəxş edir. İndi isə biz Sənin əmr etdiyin kimi, Səni yad edirik. Belə isə, bizə vəd etdiyinə vəfa et, ey onu zikr edənləri yad edən, ey mehribanların ən mehribanı!

ZİKR EDƏNLƏRİN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة الذاکرین
بسم الله الرحمن الرحیم

اِلـهي لَوْلاَ الْواجِبُ مِنْ قَبُولِ اَمْرِكَ لَنَزَّهْتُكَ مِنْ ذِكْري اِيّاكَ عَلى اَنَّ ذِكْري لَكَ بِقَدْري لا بِقَدْرِكَ، وَما عَسى اَنْ يَبْلُغَ مِقْداري حَتّى اُجْعَلَ مَحَلاًّ لِتَقْديسِكَ، وَمِنْ اَعْظَمِ النِّعَمِ عَلَيْنا جَرَيانُ ذِكْرِكَ عَلى اَلْسِنَتِنا، وَاِذْنُكَ لَنا بِدُعائِكَ وَتَنْزيهِكَ وَتَسْبيحِكَ، اِلـهي فَاَلْهِمْنا ذِكْرَكَ فِي الْخَلاءِ وَالْمَلاءِ وَاللَّيْلِوَالنَّهارِ، وَالاِْعْلانِ وَالاِْسْرارِ، وَفِي السَّرّاءِ وَالضَّرّاءِ، وَآنِسْنا بِالذِّكْرِ الْخَفِيِّ، وَاسْتَعْمِلْنا بِالْعَمَلِ الزَّكِيِّ، وَالسَّعْيِ الْمَرْضِيِّ، وَجازِنا بِالْميزانِ الْوَفِيِّ، اِلـهي بِكَ هامَتِ الْقُلُوبُ الْوالِهَةُ، وَعَلى مَعْرِفَتِكَ جُمِعَتِ الْعُقُولُ الْمُتَبايِنَةُ، فَلا تَطْمَئِنُّ الْقُلُوبُ اِلاّ بِذِكْراكَ، وَلا تَسْكُنُ النُّفُوسُ اِلاّ عِنْدَ رُؤْياكَ، اَنْتَ الْمُسَبَّحُ في كُلِّ مَكان، وَالْمَعْبُودُ في كُلِّ زَمان، وَالْمَوْجُودُ في كُلِّ اَوان، وَالْمَدْعُوُّ بِكُلِّ لِسان، وَالْمُعَظَّمُ في كُلِّ جَنان، وَاَسْتَغْفِرُكَ مِنْ كُلِّ لَذَّة بِغَيْرِ ذِكْرِكَ، وَمِنْ كُلِّ راحَة بِغَيْرِ اُنْسِكَ، وَمِنْ كُلِّ سُرُور بِغَيْرِ قُرْبِكَ، وَمِنْ كُلِّ شُغْل بِغَيْرِ طاعَتِكَ، اِلـهي اَنْتَ قُلْتَ وَقَوْلُكَ الْحَقُّ «يا اَيُّهَا الَّذينَ امَنُوا اذْكُرُوا اللهَ ذِكْراً كَثيراً وَسَبِّحُوهُ بُكْرَةً وَاَصيلاً» وَقُلْتَ وَقَوْلُكَ الْحَقُّ «فَاذْكُرُوني اَذْكُرْكُمْ» فَاَمَرْتَنا بِذِكْرِكَ، وَوَعَدْ تَنا عَلَيْهِ اَنْ تَذْكُرَنا تَشْريفاً لَنا وَتَفْخيماً وَاِعْظاماً، وَها نَحْنُ ذاكِرُوكَ كَما اَمَرْتَنا، فَاَنْجِزْ لَنا ما وَعَدْتَنا، يا ذاكِرَ الذّاكِرينَ وَيا اَرْحَمَ الرّحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!