IMAM HƏSƏNİN (ə) ZÖVCƏLƏRİ HAQQINDA

:

 

İmam Həsənİn (ə) neçə zövcəsİ var İdİ?

İzah: Tarixçilər və mühəddislər yazırlar ki, imam Həsənin (ə) xeyli zövcəsi olmuşdur. Bu məlumat doğrudurmu?


CAVAB

Hər bir şəxsin həyatındakı qaranlıq nöqtələri aydınlaşdırmaq üçün onun həyatını və şəxsiyyətini araşdırmaq lazım gəlir. Uyğun suala cavab verməzdən əvvəl, imam Həsənin (ə) həyatı və əxlaqi keyfiyyətləri ilə tanış olmaq yerinə düşər. Müxtəsər şəkildə də olsa, Həzrətin şəxsiyyətinin həqiqi çöhrəsi üzərindən pərdəni qaldırıb məsələnin mahiyyəti ilə tanış olaq.

İkinci imam bəşər tarixinin ən pak və üstün bir ailəsində dünyaya göz açmış, həzrət Əmirəlmöminin (ə) və həzrət Fatimədən (s) tərbiyə almışdır. İmam Həsənin (ə) müxtəlif cəhətlərdən üstün bir şəxsiyyəti olmuşdur. İlahi mənəviyyata malik olan bir insan bütün imkanlarından, dünya ləzzətlərindən faydalanmaq üçün yox, Allahın razılığını qazanmaq, məhrumların əlindən tutmaq yolunda istifadə etmişdir.

İmam Həsən (ə) iyirmi beş dəfə Allah evini ziyarət etmişdir. İxtiyarında minik olduğu halda, Allah hüzurunda ədəb və təvazö göstərərək həmin yolu piyada və ayaqyalın adlamışdır.[1]

İbadət, dua, Allaha diqqət baxımından əsrində onun misli olmamışdır. Allah adı çəkiləndə, qiyamət günü və ölümdən sonrakı həyat xatırlananda Həzrətin halı dəyişərdi. Dəstəmaz aldığı vaxt, dua etdiyi məqam onda yalnız ilahi insanlara məxsus hal yaranardı. Allahla raz-niyaz məqsədi ilə məscidə gəldikdə, yanıqlı bir qəlblə münacat edərdi. Bu insan heç vaxt Allahı unutmazdı.[2]

Həzrətin şəxsiyyətinin böyüklüyü və paklığı haqqında əlaqədar mənbələrdən yetərincə məlumatlanmaq olar. Onun şəxsiyyəti ilə dərindən tanış olduqdan, bütün həyatının ibadətdə keçdiyini bildikdən sonra tarixçilərin şişirdilmiş məlumatları insana qərəzli görünür.

İncə bir məsələyə toxunmaq lazım gəlir ki, həmin dövrün müsəlmanları Peyğəmbər (s) və onun Əhli-beytini xüsusi bir məhəbbətlə sevdiklərindən onlarla qohum olmağı özləri üçün iftixar bilirdilər. Həmin dövrdə “iftixari zövcə” deyilən bir məfhum var idi. Bəziləri sevdikləri insanlara yaxın olmaq üçün iftixar olaraq öz qızlarının kəbinini həmin ailə üzvünə oxutdurardılar. Belə qadınlar bugünkü anlamdakı “zövcə” yox, “iftixari zövcə” sayılardı. Belə əqdlərdə nikah kəsilər, evlənənlər arasında yaxınlıq olmazdı.

Bundan əlavə, Həzrətin arvadları siyahısına salınmış qadınlar İmamla əqd oxutdurmaqla onun himayəsini qazanırdılar.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr

Müәllif: Аyәtullаh Mәkаrim ŞirаziАyәtullаh Cәfәr Sübhаni

Tәrcümә еdәn:А. Turаn



[1]“Mənaqib”, c.4, səh.14; “Kəşfül-ğümmə”, c.2, səh.124.

[2]“Əyanuş-şiə”, c.4, 1-ci bölüm, səh.12.

 

 

Tags: İMAM HƏSƏN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!