SİBTİ ƏKBƏRİN (BÖYÜK NƏVƏNİN) TƏVƏLLÜDÜ

:

Hicri təqvimi ilə 3-cü il, Ramazan ayının on beşi,  şiələrinin ikinic imamı Həzrət Həsən Müctəba (ə) Mədinədə dünyaya göz açdı və aləmi öz nuru ilə işıqlandırdı. (Elamül-vari, c. 1, s. 402 – Kəşfül-ğəmmə, c. 1, s. 514).

Uca məqamlı atası təqvalılrın mövlası Əmirəlmöminin (ə), əziz anası isə həzrət  Siddiqeyi-Kübra Faimeyi-Zəhra (ə.c) idi. O həzrət künyəsi Əbu Məhəmməd, ləqəbləri isə ibarətdir: Zəki, Höccət, Seyyid, Zahid, Nəqi, Sibt, Müctəba və Əmin. (Müntəhyül-əmal, dördüncü bab, birinci fəsl, s.307)
İmam Həsən(ə)in təvəllüdü xəbəri Peyğəmbər(s)ə çatanda o həzrətin sevinci aşıb-daşdı. O dəm, qızı Fatimənin (əs) evinə tələsdi və uca səslə Əsmadan soruşdu: “Övladım hardadır?” Əsma körpəni sarı rəngli parçaya bürüdü və onu Peyğəmbər(s)in xidmətinə gətirdi. O həzrət buyurdu: “Sizə deməmişəm ki, körpəni sarı rəngli parçaya bürüməyin?” Əsma o an qayıdıb körpəni ağ parçaya bükdü və Peyğəmbər(s)in ağuşuna təqdim etdi. Peyğəmbər onun sağ qulağına azan, sol qulağına iqamə oxudu və Hz. Əli(ə)yə buyurdu: “Oğlumun necə adlandırmısınız?” Mövla Əli (ə) ərz etdi: “Mən ad qoymaqda sizdən önə keçmərəm.” Peyğəmbər (s) buyurdu: “Mən də ad qoymaqda Allahımdan önə keçmərəm.”

Bu zaman Cəbrail (ə) nazil oldu və ərz etdi:
“Ey Məhəmməd! Allah salam göndərir və buyurur: Əlinin sənə görə məqamı Harunun Musaya olan məqamı kimidir. Amma Səndən başqa heç bir peyğəmbər olmayacaq. Ona görə də körpəni Harunun oğlu kimi adlandır. Peyğəmbər buyurdu: “Onun adı nədir?” Cəbrail (ə) dedi:  "Onun adı Şübbərdir", ərəbcə Həsən deyilir. (Əmali: Şeyx Səduq, s. 209 –Biharül-ənvar, c. 43, s. 238)
Allahın Rəsulu (s) İmam Həsən(ə)in təvəllüdünün yeddinici günü xoş rəngli bir qoyunu əqiqə (qurbanlıq) etdi. Onun bir budunu bir dinarla Qabiləyə verdi. Saçını qırxıb onun çəkisi qədər gümüş sədəqə verdi. Onun başını xoş iyli bir ətirlə ətirlədi.  (Əyanüş-şiə: c. 1, s. 562)
Belə nəql olunub ki, İmam Həsən (ə), bir gün kiçik yaşlarında Allahın Rəsulun(s)ın yanına gəlib o həzrətin yanında oturdu. Peyğəmbər (s) məhəbbət əlaməti olaraq ağzını onun ağzına qoyub üç dəfə buyurdu:
“Ey Allah! Mən onu (Həsəni) və onu sevəni sevirəm” (Kəşfül-ğəmmə, c.2, c. 188 –Biharül-ənvar: c. 43 s. 266)
İmam Sadiq (ə) İmam Həsənin xüsusiyyyətləri haqqında belə nəql edir: “ Atam öz atasından xəbər verdi ki, həzrət İmam Həsən (ə) öz zamanında ibadəti və zöhdü bütün camaatdan üstün olub və onlardan üstün hesab olunurdu. Hər vaxt Həccə getmək istədikdə piyada gedərdi. Bəzən ayaqyalın yol gedərdi. Hər vaxt ölümü, qəbiri, qiyaməti xatırlasaydı, Allahın qorxusundan ağlayar və huşunu itirərdi. Namaza durduqda bədəni titrəyərdi. Çünki özünü, öz Allahın qarşısında görür həmişə cəhənnəm odundan Allaha sığınar, cənnəti istəyərdi. Heç bir kəs təkcə onunla, Allaha zikr etməklə məşğul olduğu haldan başqa bir halda görüşməyib. O həzrət bütün camaatdan daha düz danışan, bəyanı daha fəsih idi.”  (Müntəhyül-əmal: dördüncü bab, ikinci fəsl, s. 311).

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!