RƏSULULLAH (s) VƏFAT ETDIYI ZAMAN BAŞ VERƏNLƏR - 2

:

İXTILAFIN NƏTICƏSI – BATILIN HAQQ ÜZƏRINDƏ QƏLƏBƏSI

Təbərani və Zəhəbi Rəsulullahdan (s) nəql ediblər: “Peyğəmbərlərindən sonra bir-biri ilə ixtilaf etmiş hər bir ümmətin arasında yalnız onların batil dəstələri haqq olan tərəfə qalib gəlib.”

("əl-Möcəmul ovsət”, (Məhəmməd ibn Yəqubun nəql etdiyi hədislər, hədis 7750, c.8, s.369), “Təzkirətul-huffaz”, c.1, s.87))
Sual: Əhli sünnə alimlərinin nəql etdikləri bu hədisə əsasən Səqifədə baş vermiş şiddətli ixtilaflar nəticəsində Əbu Bəkr və Ömərin qələbəsini necə şərh etmək olar?
“ƏBU BƏKRİN BEYƏTİNƏ İCMA” ƏFSANƏDƏN BAŞQA BIR ŞEY DEYIL
Əhli sünnə iddia edir ki, Əbu Bəkrə bütün mühacirlər və ənsar (yardım edənlər) beyət ediblər. Ümmətin icması buna sübutdur (Peyğəmbərə (s) inanan adamlarının qrupu, yəni müəyyən ərazidəki əhalinin özünüidarə hüququna malik təşkilatı, başqa sözlə icması buna sübutdur). Amma digər tərəfdən Ömər ibn Xəttab deyir: “....Allahın rəsulu vəfat edəndə bütün ənsar bizimlə müxalif oldu. Onların hamısı "Bəni-Saidə" Səqifəsində yığışıb bizə qarşı çıxdılar. Əli, Zübeyr və onların tərəfdarları bizimlə müxalif oldular....” (“Səhihi Buxari”, (kitabul muharibin, babu rəcmil-hubla fil zina, hədis.6830, səh.569))
Sual: Ömər ibn Xəttab düz deyir ya bu icmanın olduğunu iddia edənlər?
Bəzi əhli sünnə nümayəndələri icmanı iddia etdiyi halda digər tərəfdən əhli sünnənin tanınmış alimləri bu icmanın olduğunu rədd edirlər. Movrudi Şafei (vəfat 450-ci il), Əbu Yəli Hənbəli (vəfat 457-ci il) açıq şəkildə Əbu Bəkrə beyətin icma olduğunu inkar ediblər: “Alimlər deyiblər; İcma yalnız hər bir şəhərin daxilində və ətrafında yaşayan əhalinin razılığı ilə əmələ gəlir. Beyət olunmuş şəxsin imamətinə gərək hamı razı olsun. Bu əqidə ilə Əbu Bəkrin xilafətinə ümmətin ixtiyari şəkildə beyət olunması rədd olunur...” (“əl-Əhkamul sultaniyyə” s.6-7, Movrudi, “Əbu Yəli Fərra Hənbəli”, s.23)
Əhli sünnənin tanınmış təfsir alimi Qirtəbi (vəfat 671) də Əbu Bəkrə beyət olmasında icmanın olduğunu inkar edib. Qirtəbi iddia edir ki, Əbu Bəkrin xilafəti yalnız Ömər ibn Xəttabın beyəti ilə baş tutub. (“əl-Came li əhkamil Quran” c.1, s.269, Bəqərə surəsi, 30-cu ayənin təfsiri)
İmamul-hərəmeyn Ğəzali (vəfat 478) icmanı inkar edərək yazır: “İmamətin meydana gəlməsində icmaya ehtiyac yoxdur. Əbu Bəkrin imaməti buna sübutdur. Çünki icma meydana gəlməmiş, ətrafda yaşayan müsəlmanlara və əshaba xilafətin fərmanları göndərilməyə başlandı. Hətta beyət haqqında onlara xəbər verilmədi və nəticədə heç kim buna etiraz etmədi. İmamətin sübut olmasında icma şərt olmadığı üçün müəyyən bir sayın olması da lazım deyil. Belə olan surətdə yaxşı olar deyək, imamət bir nəfərin beyəti ilə də sübut olar.” (“əl-İrşad fil-əhkam, s.424)
Əzududdin İcli (vəfat 756) “Şərhul-məvaqif” və İbn Ərəbi “Şərhu sünəni Tirmizi” kitablarında Əbu Bəkrin xilafətinə icmanın olmasını rədd edərək əslən icmaya ehtiyacın olmadığını qeyd ediblər.
“XƏLIFƏ” ÖMƏR SƏHABƏLƏRI ÖLÜMLƏ HƏDƏLƏYIR
Əgər Əbu Bəkrə məşvərətsiz beyət səhih idisə, bəs onda nəyə görə Ömər səhabələri hədələyib deyirdi: “Bundan sonra hər kəs belə bir işi məşvərətsiz görsə beyət edən və beyət olunan öldürüləcək.” (“Səhihi Buxari”, (kitabul muhaibin, babu rəcmil hubla fil zina, hədis.6830))
Sual: Əgər bu iş şəriətə xilaf və haram idisə bəs onda Ömər niyə dediyi hökmü Səqifədə iştirak edənlərə qarşı tətbiq etmədi? Əgər Ömərin sözlərində səmimiyyət var idisə, bəs onda nəyə görə Əbu Bəkrə beyət etməkdə müsəlmanlarla məşvərət olunmadı?
Əksinə Ömər Əbu Bəkrə beyət edəndən sonra camaatı kötək gücünə zorla beyət etməyə məcbur etdi. İbn Əbil Hədid Mötəzili Peyğəmbər (s) səhabəsi Bura ibn Azibdən nəql edir: “Səqifə keşməkeşindən sonra Ömər, Əbu Ubeydə və Səqifədə olmuş camaatdan bir dəstəni gördüm ki, hər kəsə ki çatırdılar onu beyət etməyə məcbur edirdilər. İmtina edənləri kötəkləyib beyət etməyə məcbur edirdilər. Hətta onların əllərini zorla dartıb Əbu Bəkrin əlinə sürtürdülər.” (“Şərhu Nəhcil-bəlağə, xütbə 4, c.1, s. 219)
İkinci xəlifə Ömər ibn Xəttab vəfat edəndə Suhəybə dedi: “Üç gün camaatla sən namaz qıl. Əli, Osman, Zübeyr, Səd, Əbdurrəhman ibn Ovf və Təlhəni bir otağa sal. Əgər Abdullah ibn Ömər gəlsə onu da otağa sal, amma onun xilafət məsələsinə aidiyyəti yoxdur. Onların başı üstündə dur. Əgər onlardan beşi bir nəfərin xəlifə olmasına razı olub biri muxalif olsa onun başını əz və ya boynunu qılıncla vur. Əgər dördü razılaşdı ikisi müxalif oldu o iki nəfərin boynunu vur. Əgər üçü bir nəfərə və o biri üçü digərinə razılaşdı onda Abdullah ibn Öməri hakim qərar verin. Abdullahın razılaşdığı tərəfin içindən birini seçin. Əgər Abdullahın hökmü ilə razılaşmadılar onda Əbdurrəhman ibn Ovf olan dəstəni dəstəkləyib qalanları öldürün!” (Tarixi Təbəri”, 23-cü il, Şura əhvalatı, c.3, s.294, “əl-Kamil İbn Əsir”, 23-cü il, Şura əhvalatı, c.3, s.67)
Sual: Xəlifə Ömər hansı əsasla xəlifə olmağa layiq olan Peyğəmbər (s) səhabələrinin qətlinə fərman verib? Şuranı təyin etməkdə xəlifənin hədəfi demokratiya olubmu? Yalandır, çünki bu necə demokratiya olub ki, şura üzvləri rəylərini bildirməkdən məhrum olunublar? Çünki onlar bilirdilər ki, etiraz etdikləri halda ölümə məhkum olacaqlar.
Əhli sünnə Rəsulullahdan (s) sonra baş vermiş faciələrdən xəbərsiz olan insanların avamlığından istifadə edərək daim bu sözləri təkar edirlər: “Əli, Əbu Bəkr və Öməri qəbul edib və onların imanlarına heyran olardı.” Amma bu yalan iddianın müqabilində biz Ömərin səhabələrin qarşısında etdiyi etirafı əhli sünnə kitablarından sitat gətiririk: Ömər bir dəstə səhabələrin qarşısında Əliyə (ə) və Peyğəmbərin (s) əmisi Abbasa dedi: “Rəsulullah (s) vəfat edəndən sonra Əbu Bəkr dedi: Mən, Rəsulullahın (s) vəlisiyəm və siz gəlib ondan irs tələb etməyə başladınız.. Sən (Abbas) qardaşın oğlundan və o (Əli (ə)), zövcəsinin atasından ona yetişəcək mirasını tələb etdiniz. Əbu Bəkr dedi: Rəsulullah (s) buyurdu: “Biz özümüzdən sonra irs qoymuruq. Özümüzdən sonra qoyduqlarımız sədəqədir.” Siz onu yalançı, günahkar, hiyləgər və xain adlandırdınız. ........ Əbu Bəkr öləndən sonra mən Rəsulullahın və Əbu Bəkrin vəlisiyəm. Siz məni də yalançı, günahkar, hiyləgər və xain bilirsiniz...” (“Səhihi Muslim, (kitabul-siyər, hədis.4577, s.989), “Səhihi Buxari”, (kitabu fərzil xums, hədis.3094, s.249))
Sual: Ömər düz deyir, yoxsa əhli sünnə qardaşlar?

Tərcümə və tərtib edən: Elman İbadov

 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!